Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:35

Sosial şəbəkələrdə fəal olan gənc saxlanıb


Həbs (illüstrasiya)
Həbs (illüstrasiya)

«Vüsal Tağızadə adlı tanıdığım şəxsi polis sentyabrın 15-də saxlayıb».

Bunu AzadlıqRadiosu-na V. Tağızadəni yaxın tanışı Aygül Cəfərova bildirib.

Aygül Cəfərovanın sözlərinə görə, sentyabrın 15-i saat 20 radələrində V. Tağızadəni zəng edərək polisə çağırıblar: «Mənə narahatlığa əsas olmadığını dedi və sonra zəng edəcəyini bildirdi. Polisə gedəndən sonra 4 saata yaxın əlaqə saxlaya bilmədim. Daha doğrusu mobil telefonuna zəng çatsa da, cavab vermədi».

Buna da bax:​ Gənc fəalların yeri bilinmir

Vüsal Tağızadə heç bir siyasi qurumun üzvü deyil. Sadəcə sosial şəbəkədə fəal gənclərdən biri olub.

A. Cəfərovanın bildirməsinə görə, gecə saat 12 radələrində ona da zəng olunub. Özünü polis kimi təqdim edən şəxs Vüsal Tağızadənin saxlandığını və sentyabrın 17-də mitinqdən sonra buraxılacağını bildiriblər.

Aygül Cəfərova deyir ki, Vüsal Tağızadə bu gün, sentyabrın 16-da, səhər ona özü zəng edib: «Vüsal dedi ki, axşam onu Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsində saxlayıblar. Bu gün isə, onu polisə müqavimətdə ittiham edərək, 15 sutka inzibati cəzaya layiq görüblər. İndi Binəqədi Müvəqqəti Saxlama təcridxanasındadır».

Buna da bax:​ Fazil Mustafa: “Son həbslər referendumla bağlı deyil”

Vüsal Tağızadə «Referenduma yox deyək» kompaniyasını fəal şəkildə müdafiə edib.

A. Cəfərovanın sözlərinə görə, Vüsal Tağızadə heç bir siyasi qurumun üzvü deyil. Sadəcə sosial şəbəkədə fəal gənclərdən biri olub.

A. Cəfərovanın dediyinə görə Vüsal Tağızadə «Referenduma yox deyək» kompaniyasını fəal şəkildə müdafiə edib.

Məsələyə Binəqədi Rayon Polis İdarəsindən münasibət almaq, hələlik, mümkün olmayıb.

XS
SM
MD
LG