Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:23

Tarık Akan: "97 yaşımda, yatağımda, qəflətən öləcəyəm"


Tarık Akan.

Tarık Akan.

-

"Türkiyədə dinin siyasətə bu qədər nüfuz etməsi narahatvericidir. Liberallıq olmadan demokratiya da olmaz".

Türk kinosunun əfsanəvi aktyorlarından biri Tarık Akan sentyabrın 16-sı saat 1:00 radələrində dünyasını dəyişib. O xərçəng xəstəliyindən əziyyət çəkirdi. Gəncliyində çoxlu filmlərə çəkilmiş aktyor, yaşı ötdükcə filmdən uzaqlaşmış. Ən sonuncu filminə 2009-cu ildə çəkilmişdi. O ömrünün son illərində İstanbulda özəl "Taş" liseyini idarə edirdi. Oxu Zalı Tarık Akanın ölümündən iki il öncə "Posta" qəzetinə verdiyi müsahibəsini təqdim edir.

- Bu gün Televiziyada keçmiş filmlərinizi görəndə utanırsınızmı?

- Xeyr, elə bir hissə qapılmıram. Onlar da gözəl idi, əyləncəli işlər idi… Amma sonra başqa işlərdə özümü tapa bildim.

- Necə?

- “Maden” filmini çəkdim, fövqəladə ssenarisi vardı. Rejissor dedi ki, gəl Cüneyt Arkınla səni çəkək filmə. İlk dəfə idi başqa bir baş rol ifaçısı ilə birlikdə oynayacaqdım… Bir gün düşündüm və “yaxşı” dedim. “Qoy Cüneyt adını istədiyi kimi yazdırsın”. İki ulduz bir layihədə birləşəcəkdi!

- Boş qaldığın bir ilin içində pulu da yedin, bəs filmi necə çəkdiniz?

- Bir lira da pul qalmamışdı. Getdik Ege bölgəsinə, hələ hazır olmayan filmi sattım. Hələ bir Adanaya, İç Anadoluya da getdim. Hamısına notarius müqaviləsi qarşılığında filmimi verdim. Amma hələ film zad çəkilməyib. Hamıya deyirdim ki, “Cüneyt Arkınla mən oyanyırıq”, müqaviləni göstərirdim, vəssalam.

Buna da bax: "Türk kinosunun əfsanəsi dünyadan köçdü"

- Deməli, o vaxt belə etibar edirdilər sənə!

- Əlbəttə! Bir çuval notarius sənədi ilə İstanbula qayıtdım. Bir erməni dostumuz vardı, sənədləri ona verdim pula çevirdik. O dövrün Enerji Naziri Deniz Baykal-ın yanına gedib Tunçbilek adlı yerdə “Maden” filmini çəkmək istədiyimizi dedik, o da əlindən gələn köməyi etdi.

- “Maden”dən xeyli mükafatlar aldın… Bu sənin məsuliyyətini daha da artırdımı?

- Bu haqda heç düşünmədim, amma sənət və film yolunda əlimdən gələni yenə də etməyə çalışdım. Özümü missiya adamı kimi hiss edirdim. “Maden”, “Sürü”, “Yol” və “Pehlivan” filmlərində bunu hiss etmişəm.

- Öz dövrünüzdə bütün qadınların sevdiyi bir kişi olubsunuz, bu necə bir hissdir?

- “Vay sənin! Mən nə yaman adamam!” deyirdim tez-tez. Əlbəttə bəzən məni sevindirirdi də. Amma bu işə girəndən sonra bir-iki il içində xarici görünüşün bir mənası qalmır, əsas əlindən gələni etməkdir, vəssalam!

Filmdən əvvəl Ataköydə xilasedici işləyirdim, orda bütün qızların məndən xoşu gəlirdi, mənim də bütün qızlardan!

- Bəs o dövrdə sevgi həyatınız necə idi?

- Filmdən əvvəl Ataköydə xilasedici işləyirdim, orda bütün qızların məndən xoşu gəlirdi, mənim də bütün qızlardan! Artist, məşhur olmazdan əvvəl də bütün qadınlar məni sevirdi. (Gülür).

- Xarici görünüşünün uğurlarında payı nə qədərdir?

"Hababam Sınıfı" filmindən bir kadr. Tarık Akan, Halit Akchatepe, Kemal Sunal.

"Hababam Sınıfı" filmindən bir kadr. Tarık Akan, Halit Akchatepe, Kemal Sunal.

- Kinonun ortasına helikopterlə düşməyimdə xarici görünüşümün böyük köməyi olub əlbəttə. Bu üç il özü də “Arzu Film” studiyasında davam etdi. O ərəfədə “Hababam Sınıfı”, “Bizim Aile” və “Mavi Boncuk” filmlərinə çəkildim. O vaxtlar heç aktyorluqdan da əməlli basil başım çıxmırdı.

- Aktyorluqdan əvvəl nə işlə məşğul olurdun bəs?

- Bakırköydə alverçilik edirdim, sonra xilasediciliklə məşğul oldum… Vəziyyətim yaxşı deyildi, univerisitet xərcliyimi zorla çıxardırdım, pul tapmaq üçün film sahəsinə girdim və “Səs” jurnalının təşkil etdiyi bir yarışa qatıldım. O vaxt Maşınqayırma fakültəsinə oxuyurdum, fakültəmi dəyişdirib jurnalistikaya keçdim, təhsilimi bu sahədə başa vurdum. O vaxt jurnalistikanı oxumaq asan idi, əsgərliyə gedəndə də artıq zabit kimi gedirdin. Dərslərin hamısında iştirak etmək məcburiyyəti yox idi. Sonra hiss elədim ki, aktyorluq da elə asan peşə deyil, gərək öz üzərində işləyəsən. Məsuliyyətli iş idi. Yaş artanda gördüyün işlərlə bağlı özünü tənqid edirsən. Pul üçün girdiyim iş, həyatıma çevrildi.

- Ailənin bu yolda sənə köməyi dəydimi?

Babam 97 yaşında öldü, üç müharibə görmüşdü. Atam da qatı Atatürkçü idi.

- Atam hərbçi idi, uşaqlığım Anadoluda keçib. Qars, Ərzurum, Kayseri… Dənizi ilk dəfə 14 yaşımda görmüşəm, təsəvvür elə! Ölkənin o başından bu başına gəzəndə, istər-istəməz insanların həyat tərzini də öyrənirsən. Ailəmin mənə köməyi belə bir zəngin dünya görüşü oldu. Babam 97 yaşında öldü, üç müharibə görmüşdü. Atam da qatı Atatürkçü idi.

- Sən ki, yaxşı bir aktyorsan “Arzu Film” studiyasıyla sözləriniz niyə tərs gəldi?

- Studiyanın rəhbəri Ertem abi, həmişə kütləyə hesablanmış salon filmlərinin tərəfdarıydı. “Ya bunlardan çəkəcəyik, ya da sən olmayacaqsan” deyirdi. Düdür bir dəfə də məni sözümü yerə salmadı və “Canım Kardeşim” filmini çəkdi. Bunu sadəcə məni xoşbəxt etmək üçün eləmişdi. O da gəlir gətirmədiyi üçün mənimlə köhnəlmiş film anlayışı ilə işləməyə üstünlük Verdi.

- Kütlə filminin nəyi pisdir ki? Məsəlçün, “Hababam Sınıfı”nın nəyi pisdir? Niyə bəyənmədin?

Türk aktyoru Tarık Akan Azərbaycan aktyorları Həsən Məmmədov və Rasim Balayevlə birlikdə.

Türk aktyoru Tarık Akan Azərbaycan aktyorları Həsən Məmmədov və Rasim Balayevlə birlikdə.

- Mən o filmlərə uyğun adam deyiləm! Gerçək həyatım elə deyil. Daha çox xalqın arasında olmağı, onları kimi yaşamağı istəyirəm. Həm də xatırladım ki, mükafat aldığım bütün filmləri “Arzu Film”dən çıxdıqdan sonra çəkmişəm.

- Günün necə keçir?

- Səhər yuxudan qalxıb idman edirəm, hər gün 1 km üzürəm. Sonra iş yerim olan məktəbə gedirəm (Tarık Akan “Taş” liseyinin sahibidir - red). Sonra axşam Beyoğluna gedib içirəm, ordan da evə qayıdıram.

- Keçmişdəki həyatın üçün darıxırsanmı? Məsəlçün parkda bir skamyada oturub “əvvəl kim idik, indi kimik” deyirsənmi?

- Xeyr. Zaman dəyişdi, mən də, biz də… Köhnə Tarık Akan yoxdur artıq. Bəzən öz-özümə deyirəm ki, “İstanbul nə yaman çirkinləşdi”. Həyatdan hər istədiyimi aldım, hər istədiyimi də verdim. Ölənə qədər edəcəyim bəzi şeylər də var.

- Qarşıda səni necə bir həyat gözləyir?

Tarık Akanın gənclik illəri.

Tarık Akanın gənclik illəri.

- Hamı bilməsə də mən nə vaxt, necə öləcəyimi bilirəm…

- Allah eləməsin!

- Vallah bilirəm. Bəlkə mənə hirsləcək mühafizəkarlar olacaq amma bilirəm ki, 97 yaşımda, yatağımda, qəflətən öləcəyəm. Nəfəsim bir anda kəsiləcək!

Babam 97 yaşında ölmüşdü. Əminəm ki, mən də o yaşda öləcəm. İstəsən saatını da deyərəm.

- 97? Sənə uğur gətirən rəqəmdir? Bəlkə ölümünlə bağlı olduğu üçün uğursuz rəqəmdir…

- Xeyr, babamın ölüm yaşıdır… Əminəm ki, mən də o yaşda öləcəyəm. İstəsən sonra sənə saatını da deyərəm, yəni o qədər dəqiq bilirəm.

- Türkiyədə səni ən çox nə narahat edir?

- İnanc məsələsinin siyasətə bu qədər nüfuz etməsi. Liberallıq olmadan demokratiya da olmaz. Dünyanın heç bir konstitusiyasında bu iki şey birlikdə mövcud deyil, açıq ifadə olunmasına da imkan vermirlər. Qadağandır. Günah bizdə deyil: ABŞ və Avropa Birliyinin üzərimizdə söz sahibi olmasından irəli gəlir.

- Yəni?

- İnanc insanın məhrəmidir…

- Sən inanclısanmı?

- Anam gündə 5 dəfə namaz qılırdı, amma həm də bəzənər, makyaj vurar, saçını boyadardı. Nənəm də elə idi. Bacım da gündə beş dəfə namaz qılır. Mən belə bir ailədən çıxmışam. Bütün inanclı adamlara böyük hörmətim var. Amma din siyasətin içinə soxulduğu an buna etiraz səsimi ucaldıram. Təkcə İslam haqda demirəm, xrisitiyanlıq haqda da eyni şeyi düşünürəm.

"Gezi" etirazının səbəbi iki ağac deyildi, krallıq kimi idarəetməyə qarşı cəmiyyətin etirazı idi. O etiraz tam səmimi idi.

- “Gezi” hadisələri ilə bağlı nə düşünürsən?

- Türkiyədə hələ də Atatürkçü gənclər var. Düşünürəm ki, az bir qism də olsa qalmış gənclərimiz idi və xoş niyyətlə çıxmışdılar oraya. Ümumiyyətlə heç bir gənc durduğu yerdə ayağa qalxmaz. Bu uşaqların anaları ataları var, onları yetişdirən “Köy Enstitüləri” var… Bax onların uşaqlar idi “Gezi”yə yığışlanlar. Ölkənin hələ də bəzi can damarlarının işlədiyini, tam dağılmadığını görürəm. Məncə “Gezi” hadisələri tarixin ən mühüm hadisələrindən biridir.

- Deyirsən ki, hamısı xoş məramla çıxmışdılar və provakasiya filan da yox idi?

- Orda hər cür siyasi təfəkkürdə gənc var idi, onlara qoşuldum, söhbət etdim. O etiraz tam səmimi idi. Məsələ iki ağacda deyildi, məsələ krallıq kimi idarəetməyə qarşı cəmiyyətin etirazı idi. “Gezi” hökümətin bütün səhvlərinin toplanıb bir nöqrədə partlaması idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG