Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Slovakiyanın paytaxtı Bratislavada Avropa Birliyinin Böyük Britaniyasız samiti başlayıb.

Qeyd edək ki, Britaniya sakinləri bu yaxınlarda ölkədə keçirilən referendumda azacıq səs çoxluğu ilə Avropa Birliyindən çıxmağa səs verib.

Avropa Şurasının prezidenti Donald Tusk sammit ərəfəsində dövlət və hökumət başçılarını problemlərə ayıq və ədaələtli yanaşmağa çağırıb.

Almaniya kansleri Angela Merkel isə bildirib ki, Avropa Birliyi ölkələri qitənin təhlükəsizliyini təmin edə bilmək iqtidarında olduqlarını göstərməli, müdafiə və iqtisadi sahələrdə səmərəli əməkdaşlıq etməlidirlkər.

Məlumatlara görə, iqtisadi artımın necə təmin edilməsi və Yaxın Şərq ölkələrindən qaçqın probleminin həllində Avropa Birliyi ölkələri arasında fikir ayrılıqları mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG