Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Azərbaycanda ərzağın qiyməti həm qonşu ölkələrdən yuxarıdır, həm də daha sürətlə bahalanır? Neft ölkəsi Rusiyada da neftin qiymətinin düşməsindən ziyan çəkirlər, ancaq Rusiyada bir çox məhsullar üzrə ərzaq Azərbaycandan 50 faiz ucuzdur. İqtisadi problemləri olan Ukrayna ilə müqayisə edəndə, Ukraynada ərzaq Azərbaycandan 2 dəfə ucuzdur.

Deyirlər, yerli istehsal olmalıdır. "Bizim Yol" qəzeti Azersun Holdingin yağlarının qiymətini qonşu ölkələrlə müqayisə edib, yenə Azərbaycanda qiymət 50-100 faiz yuxarıdır. Üstəlik Azersun-un yağı martda 3 manat 9 qəpik idisə, indi eyni yağ 3 manat 59 - 3 manat 69 qəpikdir. Bunu ki, xaricdən gətirmirlər. Üstəlik, aylar keçdikcə həm də sürətlə bahalanır.

“İDXALDAN DAHA ÇOX ASILIYIQ”

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda ərzaq məhsullarının qiymətinin artmasının əsas səbəbi xroniki problemlərlə yanaşı, idxaldan asılılıqdır.

Natiq Cəfərli

Natiq Cəfərli

“Qonşu dövlətlərdən fərqli olaraq Azərbaycanın idxaldan asılılığı daha çoxdur. ərzaq məhsullarında da idxaldan ciddi asılılığımız var. İdxaldan asılılıq artdıqca məzənnədə olan oynaqlıq, manatın dəyərdən düşməsi qiymətlərə həmən təsir edir, qiymətlərdə özünü biruzə verir. Bu obyektiv səbəbdir. Digər səbəblərsə Azərbaycanın xroniki xəstəlikləridir. İllərdir davam edən rəqabətsiz mühit, gömrükdə olan problemlər, gömrük rüsumlarının kifayət qədər yüksək olması...” (Ətraflı audioda...)

“SƏBƏB DEVALVASİYADIR”

Digər iqtisadçı Oqtay Haqverdiyev isə düşünür ki, məhsulların bahalaşmasının səbəbi manatın məzənnəsinin aşağı düşməsidir:

“İlk növbədə bu devalvasiya məsələsidir. Devalvasiya ona gətirdi ki, manatın alıcılıq qabiliyyəti birdən-birə iki dəfə aşağı düşdü.

O ki qaldı onlarla bizim aramızda olan müqayisəyə, bizdə əvvəldən,90-cı ildən başlayaraq həmişə belə olub. Qiymətlərin səviyyəsi əhalinin pul gəlirləri ilə adekvat deyil. Bizdə həmişə qiymətlər əhalinin pul gəlirlərini üstələyir.

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

Düzdür rəsmi statistikaya görə guya bu belə deyil. Bir var birbaşa hesablanan, bir də var dolayısı ilə. Hesablayanda görürsən ki, tamam başqa bir vəziyyət yaranır...” (Ətraflı audioda...)

“AQRAR SİYASƏT DÜZGÜN DEYİL”

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə qiymətlərin bahalaşmasını kənd təsərrüfatı siyasətinin düzgün qurulmaması ilə əlaqələndirir:

Vahid Məhərrəmov

Vahid Məhərrəmov

“Birincisi qonşu ölkələr aqrar sahəyə çox ciddi yanaşırlar. Yəni bir müddət əvvəl aqrar sahə ilə bağlı mövcud olan problemləri aradan qaldırıblar, yeni texnologiyanın tətbiq edilməsinə çalışıblar, fermerlər arasında maarifləndirmə işi aparıblar.

Onlar bu sahəyə çox ciddi maliyyə resursları ayırıblar. Xüsusən də subsidiya. Həmin subsidiyalar həm həcminə görə çoxdur, həm də həmin subsidiyalar birbaşa fermerlərin özlərinə verilir.

Azərbaycanda təəssüflər olsun ki, aqrar siyasət düzgün müəyyənləşdirilmədi. Kənd təsərrüfatına ayrılan vəsaitlər belə, məmurlar tərəfindən mənimsənildi....” (Ətraflı audioda...)

Günün bütün mövzuları

XS
SM
MD
LG