Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:12

Universitetdə differensial əməkhaqqı sistemi


Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti

Sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial (tədricən artan və bərabər olmayan-R) əməkhaqqı sisteminin ötən tədris ili üzrə nəticələri ictimaiyyət nümayəndələrinə açıqlanıb.

AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, Türkiyə, ABŞ, Avropa və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan bu sistem onlarda ötən tədris ilindən tətbiq edilir.

Əmək haqlarına differensial əlavələrin edilməsinin məqsədi pedaqoji heyətin motivasiyasının təmini və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Rektorun deməsinə görə, hər ay üzrə differensial əməkhaqqı sistemi əsasında müəllimlərin, kafedra və fakültələrin reytinq siyahısı universitetin rəsmi saytında yerləşdirilib.

Rektor bu ildən başlayaraq hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən müəllimlərin əmək haqlarına əlavələr olunacağını bildirib: «Əlavələr mövcud əməkhaqqının 1.2 – 2 misli qədər nəzərdə tutulub. İlk onluğa daxil olan müəllimlərimizin maaşı iki dəfə, 11-30 onluğuna daxil olan müəllimlərin maaşı 1.7 dəfə, 31-60 onluğun daxil olan müəllimlərin maaşı 1.5 dəfə, sonuncu 61-100 onluğuna daxil olan müəllimlərin maaşı isə 1.3 dəfə artırılacaq. Differensial əməkhaqqı sistemində müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən edilir».

XS
SM
MD
LG