Keçid linkləri

Təcili xəbərlər

Sosial şəbəkələrdə başıörtülülərin öz emosiyaları ola bilər


Emosiyalar
Emosiyalar

15 yaşlı ərəb qız Rayuf Alhumedi başıörtülü emosiyalarının yaradılmasından ötrü kampaniya başladıb.

BBC-nin xəbərinə görə, Almaniyada yaşayan Alhumedi sosial şəbəkələr və söhbət proqramları üçün emosiyalar hazırlayan «Unicode Consortium»a yeni emosiya təkliflərini göndərib.

Rayuf «Unicode»a göndərdiyi elektron məktubda başıörtülü «smayl» istəyini belə izah edib: «Hər şeyin rəqəmsallaşdığı bir dövrdə yaşayırıq. Dünyada bu qədər müxtəliflik olduğu halda, biz başıbağlılar da bir şəkildə təmsil olunmalıyıq. Fikrimcə, başıbağlı emosiya fikrini müzakirə etmək olar».

YENİ EMOSİYALAR NECƏ QARŞILANIB?

Alhumedi-nin təklifini məşhur sosial xəbər saytı «Reddit»in qurucularından Alexis Ohanian dəstəkləyib. O, platformada bu mövzunu canlı müzakirəyə çıxarıb. İstifadəçilər emosiyalarla bağlı fikirlərini paylaşmaqla yanaşı, Rayuf-a mövzuyla bağlı suallar da veriblər.

Dartışma iştirakçılarından kimi təklifi bəyənib, kimi də baş örtüyünü qadınlara basqı üsulu sayıb.

Rayuf və komandası başıbağlı emosiyalarının son variantlarını dekabrda «Unicode»a göndərəcək.

Yeni emosiyalar təsdiqlənərsə, gələn ildən bir çox platformada istifadəyə veriləcək.

Ən son yazılan

XS
SM
MD
LG