Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

SOCAR gələcəkdə səhmlərinin müəyyən bir hissəsini bazara çıxara biləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 16-da SOCAR istiqrazlarının təqdimat mərasimində Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov danışıb.

N.Əmirov qeyd edib ki, bir neçə gün əvvəl Azərbaycan prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncamda səhmləri dövlətə məxsus hüquqi şəxslərin idarəetməsinin təkmilləşdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və fəaliyyətlərində şəffaflığın artırılması öz əksini tapıb.

Prezidentin köməkçisinin deməsinə görə, ölkə başçısının Azərbaycanda böyük özəlləşmə proqramının keçirilməsi və bu çərçivədə bir çox dövlət şirkətlərinin səhmlərinin azad bazara çıxarılması barədə də müvafiq tapşırığı var. Səhmləri bazara çıxaracaq şirkətlərdən ötrü ən vacib məsələ korporativ idarəetmədir.

N.Əmirov qeyd edib ki, buna şirkətin fəaliyyətində şəffaflığın artırılması və onun maliyyə açıqlığının təmin edilməsi də daxildir.

«SOCAR demək olar ki, bu standartlara cavab verir. Hesab edirəm ki, SOCAR gələcəkdə səhmlərinin müəyyən bir hissəsini bazara çıxara biləcək. Ancaq digər şirkətlər, hələ ki, buna tam hazır deyil», - deyə Azərbaycan prezidentinin köməkçisi əlavə edib.

Hazırda SOCAR-ın 6 milyard dollardan çox borcunun olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG