Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Bakı şəhərində 18 məktəb direktoru, 4 direktor müavini və 3 müəllimin tutduqları vəzifədən azad edildiyi bildirilir.

Bakı Şəhər Təhsil İdarəsindən APA-ya bildirilib ki, ötən tədris ilində əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ümumilikdə 27 direktor, 39 direktor müavini, 63 müəllim intizam məsuliyyətinə cəlb olunub. 34 direktor xəbərdarlıq alıb.

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əmri ilə fevralın 2-dən mayın 26-na kimi 16 ümumtəhsil müəssisəsində əhatəli inspeksiya aparılıb.

Aparılan inspeksiya nəticəsində qanun pozuntularına görə 13 məktəb direktoru, 1 direktor müavini tutduqları vəzifədən azad edilib. 1 məktəbin direktoru ilə bağlanılmış əmək müqaviləsinin ləğvi məsələsi qaldırılıb. Eyni zamanda 2 məktəb direktoru və 27 direktor müavini intizam məsuliyyətinə cəlb edilib.

Xəbərdə qeyd edilir ki, 2015-ci il sentyabrın 1-dən bu il sentyabrın 1-nə kimi Bakı şəhərindəki təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində tədbirlər görülüb. Hesabat ilində BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində müxtəlif məqsədlərlə pul yığımlarının aparılması, bayram və tətil ərəfələrində şagirdlərin davamiyyətinin kəskin zəifləməsi ilə bağlı məsələlər ciddi nəzarətə götürülüb. Bu barədə müvafiq xəbərdarlıq məktubları göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG