Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Zavodda partlayışa görə 4 nəfər işdən çıxarılıb


Bu ilin iyulunda Şirvan şəhərində hərbi zavodda baş verən partlayışla bağlı 4 vəzifəli şəxsin işdən çıxarıldığı bildirilir.

APA-nın xəbərinə görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov müvafiq əmr imzalayıb. Əmrə əsasən, «Araz» zavodunun baş mühəndisi Gündüz Bünyadov, sahə rəisi Salamat Əliyev və təhlükəsizlik xidmətinin rəisi Tofiq Quliyev tutduqları vəzifədən azad ediliblər. Bundan başqa, «Araz» zavodunun tabe olduğu «Üfüq» İstehsalat Birliyinin baş mühəndisi Yavər Fətullayev də işdən çıxarılıb.

Bu il iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən «Araz» zavodunun utilizasiya sahəsində partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, xeyli sayda adam yaralanıb.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluq, daxili işlər və fövqəladə hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmalara görə, partlayış zavodda vaxtıkeçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG