Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Türkmənistanın Azərbaycandakı səfiri ölkəsinin Dövlət İdman Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov hökumətin sentyabrın 15-də keçirilən toplantısında Dövlət İdman Komitəsinin sədri Kakabay Seydow-un vəzifəsindən azad edildiyini bildirib. Onun yerinə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov təyin olunub.

Türkmən yığmasının Rio-de-Janeyroda keçirilən Olimpiadada çıxışından sonra Berdymukhammedov Dövlət İdman Komitəsinin sədrinə ciddi xəbərdarlıq etmişdi. Prezident hökumətə ölkədə idmanın vəziyyətini analiz etmək, idman sahəsində rəhbərliyi yenidən formalaşdırmaq barədə göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG