Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:40

Bakıda yağış, dağlarda sulu qar


Yağış
Yağış

Sentyabrın 17-si Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə yarımadanın bəzi yerlərində yağıntı intensiv olacaq. Abşeronda gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti gözlənilir

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Yüksək dağlıq ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimal edilir. Gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı təxmin edilir.

XS
SM
MD
LG