Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:13

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməkdən ötrü sentyabrın 16-da Qırğızıstana gedib.

AZƏRTAC-ın xəbərinə görə, Bişkekin «Manas» Beynəlxalq Aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov və digər yüksəkvəzifəli hökumət nümayəndələri qarşılayıblar.

MDB Dövlət Başçıları Şurasının iclasında bir sıra bəyanatların veriləcəyi, proqramların qəbul edəcəyi gözlənilir. Üstəlik, toplantıda MDB-nin Mədəniyyət paytaxtının elan edilməsi planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG