Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Azərbaycan iqtisadiyyatı kiçilməkdə davam edir.

2016-cı ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 38 milyard 27.8 milyon manat dəyərində Ümumi Daxili Məhsul (ÜDM) istehsal ediblər.

Bu, əvvəlki ilin eyni dövrünə nisbətən ÜDM –də 3.1 faiz azalma deməkdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda buna əsas səbəb kimi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32.3 faiz azalması göstərilib.

İstehsalın 38 faizi sənayenin, 11.7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9.4 faiz tikinti, 6.9 faizi nəqliyyat və anbar təsərrüfatının payına düşür.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7.3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 953 manata bərabər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG