Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Türkiyədə əlavə həbsxanalar tikilir


Türkiyədə həbsxana
Türkiyədə həbsxana

Türkiyə hakimiyyəti növbəti 5 ildə 174 əlavə həbsxana tikməyi planlaşdırır. Ədliyyə Nazirliyi bildirir ki, səbəb məhkumların sayının «gözlənilməz» həddə artımıdır. «The Washington Post» yazır ki, açıq deyilməsə də, bu addım Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra aparılan təmizləmə əməliyyatları ilə bağlıdır.

Belə ki, çevrilişdən sonra hakimiyyət on minlərlə adamı Fethullah Gülen hərəkatıyla əlaqəli sayaraq həbsə atdırıb. Gülen ABŞ-da yaşayır və Türkiyə onun çevriliş cəhdinin arxasında durduğunu deyir.

«3-NƏFƏRLİK KAMERADA 6 NƏFƏR QALIR»

Düzdür, həbsxanalardan bəzilərinin tikintisi hələ çevriliş cəhdindən öncə planlaşdırılırdı. Martda Türkiyə həbsxanalarının dolması barədə məlumat yayılmışdı.

Ötən ay açıqlanmış rəsmi bilgiyə görə, çevriliş cəhdindən sonra 35 min nəfər saxlanıb, onlardan 17 mini həbsə atılıb. Görünür, yeni həbsxana ehtiyacı da buradan yaranıb.

Qəzet yada salır ki, hələ avqustda hökumət 38 min məhkumu vaxtından əvvəl azad etdi. Yoxsa saxlananlar növbəylə yatırdılar, vəkillərlə jurnalistlərə deyirdilər ki, kameralarda tutumundan 2 dəfə artıq məhkum var.

«Üçnəfərlik kamerada altı nəfər qalır», - vəkil Gül Altay «Hürriyet» qəzetinə deyib. «İkimərtəbəli çarpayılarda növbəylə yatırlar. Həbsxanalar onsuz da doludur. Amma bu problemi həll etməkdənsə, hökumət daha çox həbsxana açmaqla daha artıq adamı içəri atdırır».

XS
SM
MD
LG