Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:39

Müdafiə naziri Naxçıvanda müşavirə keçirib


Zakir Həsənov
Zakir Həsənov

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub.

Nazirliyin sentyabrın 16-da yaydığı məlumatda bildirilir ki, Z.Həsənov ərazidə yerləşən və tikintisi davam etdirilən müdafiə əhəmiyyətli obyektlərə baş çəkib. Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni daxil olan daha güclü və davamlı müasirtipli döyüş texnikası, hərbi nəqliyyat vasitələrinə baxış keçirilib.

««N2 saylı hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti yoxlanılıb. Ərazidəki digər infrastruktur sahələrinə baxış keçirilib. Nazir əsgərlərlə birlikdə nahar edib.

Müdafiə nazirinin rəhbərliyi altında Ordunun komandanlıq heyəti ilə xidməti müşavirə keçirilib»,-deyə məlumatda qeyd edilir.

Müşavirənin sonunda Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığında yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya müdafiə nazirinin əmri ilə medallar və qiymətli hədiyyələr təqdim olunub.

XS
SM
MD
LG