Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:45

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) Direktorlar Şurasının qərarına əsasən, sığorta vasitəçiləri və sığortaçıların satış nümayəndələrinin qanunvericiliyə riayət etmələrinə dair monitorinq aparılıb.

Palatadan verilən məlumata görə, monitorinq zamanı aşkar edilmiş qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat, 10-na isə xəbərdarlıq verilib.

«Xəbərdarlığın verilməsinə icbari sığorta qanunvericiliyinə əməl olunmaması, lisenziyasız fəaliyyət, icbari sığorta şəhadətnamələrində məlumatların düzgün əks etdirilməməsi və digər pozuntu faktları səbəb olub», - deyə məlumatda qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG