Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Rusiyanın baş qərargah rəisi Valery Gerasimov sentyabrın 15-də Ankarada olub, türk həmkarı Hulusi Akar-la görüşüb. «Reuters» informasiya agentliyinin məlumatına görə, türk rəsmiləri görüşün «çox səmərəli» keçdiyini, hərbi əməkdaşlıq və Suriya məsələsinin müzakirə olunduğunu bildiriblər.

Son 11 ildə ilk dəfədir ki, Türkiyə ilə Rusiya arasında bu səviyyədə görüş keçirilir.

Türkiyə və Rusiyanın Suriyadakı maraqları onlar arasında ziddiyyəti son illər artırmışdı. Belə ki, Rusiya Suriya lideri Bashar al Assad-ı, Türkiyə isə al-Assad-a qarşı döyüşənləri müdafiə edir. Keçən ilin noyabrında, Türkiyənin Suriya sərhədi yaxınlığında Rusiyaya məxsus təyyarəni vurması münasibətləri lap gərginləşdirdi.

Ancaq keçən ay Moskva ilə Ankara yaxınlaşmağa başladı. «Bu görüş qarşılıqlı anlaşmanı gücləndirir və hadisələrin sonrakı inkişafına müsbət təsir göstərəcək», - «Reuters» türk hərbi mənbələrinə əsaslanaraq belə yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG