Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

İcra hakimiyyətlərinə idxal malları almaq yasaqlandı


İlham Əliyev sərəncam imzalayır

İlham Əliyev sərəncam imzalayır

Azərbaycanda icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların idxal mallarının (işlərin, xidmətlərin) satın alınmasına qadağa qoyulur. Qadağa 2018-ci ilin yanvarın 1-nə kimi qüvvədə olacaq.

Prezident İlham Əliyev sentyabrın 15-də bununla bağlı fərman imzalayıb. Sənədin mətnini ölkə başçısının rəsmi internet saytı yayıb.

Buna da bax:​ İlham Əliyevin verdiyi qərarların gömrüyə təsiri nə olub?- Şərh

Qadağa 2018-ci ilin yanvarın 1-nə kimi qüvvədə olacaq.

Sənəddə fərmanın əsas məqsədinin dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması olduğu vurğulanır. Bu məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlərə, xarici qrantlara, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan mallara, dərman və tibb vasitələrinə şamil olunmayacaq.

Bu fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yarandıqda da sənəddə bunun yolu göstərilir. Onda icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların həmin malları (işlərin, xidmətlərin) satın alması ilə bağlı qərarı prezident ilə razılaşdırmaqla Azərbaycan İqtisadiyyat Nazirliyi qəbul edir.

Buna da bax:​ Necə olur ki, idxal azalmağına baxmayaraq gömrük planı dolur?

Bu məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlərə, xarici qrantlara, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan mallara, dərman və tibb vasitələrinə şamil olunmayacaq.

Ümumilikdə fərmanın birinci hissəsində nəzərdə tutulmuş müddətində satınalma zərurəti yaranarsa, bu haqda qərarı yenə prezidentlə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi qəbul edəcək.

Fərmanda İqtisadiyyat Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsait barədə üç ayda bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG