Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:43

Polyak filmində Rusiya Kaczynskinin ölümündə ittiham edilir


Jaroslaw Kaczynski facivəi şəkildə həlak olmuş Lech Kaczynskinin anım günündə.
Jaroslaw Kaczynski facivəi şəkildə həlak olmuş Lech Kaczynskinin anım günündə.

-

"Smolensk" filmində Polşa prezidentinin ölümü rus xüsusi xidmət orqanlarının intiqamı kimi təqdim edilir.

2016-cı ilin 10 aprelində Rusiyada Tu-154M avialaynerinin qəzaya düşməsi nəticəsində Polşa prezidenti Lech Kaczynski və aralarında Polşa nümayəndə heyyətinin, yüksək rütbəli hərbçilərin, polşa vətəndaşlarının olduğu daha 95 nəfər faciəli şəkildə həlak olub. Onlar Moskvadan Rusiyanın başqa bir vilayəti Smolenskin Katın kəndinə yollanacaqdılar. Məhz Katında 1940-cı ildə sovet təhlükəsizlik idarəsi olan NKVD tərəfindən 14 min polyak zabiti güllələnib.

Polşa prezidentinin təyyarəsi Smolensk hava limanına enərkən qəzaya düşüb. Rəsmi versiyaya görə qəza təyyarədəki nasazlıq nəticəsində baş verib.

Buna da bax: "Polşa Rusiyanı məhkəməyə verir"

Bu faciə ilə bağlı polyak rejissoru Antoni Krauze "Smolensk" bədii filmini çəkib. Film bu günlərdə Polşada göstərilməyə başlayıb. Filmin baş qəhrəmanı telejurnalist Nina 10 aprel 2010-cu ildə baş vermiş təyyarə qəzası ilə bağlı reportaj hazırlayır. O jurnalist araşdırması əsnasında qəza haqda rəsmi açıqlamalara şübhə edərək belə nəticəyə gəlir ki, qəza Polşa prezidentinin həyatına qəsd etmək məqsədiylə əvvəlcədən planlaşdırılıb. Nina qəzanın baş verməsində Rusiya prezidenti Putinin də əli ola biləcəyini istisna etmir. Çünki 2008-cu ildə Rusiyanın Gürcüstana qarşı təcavüzü zamanı Polşa rəsmi olaraq Gürcüstanı müdafiə etmişdi. Beləliklə Antoni Krauze-nin filmində Polşa prezidentinin ölümünə səbəb olmuş qəzanın rus xüsusi xidmət orqanlarının əli ilə törədilməsini iddia edilir.

Antoni Krauze-nin çəkdiyi "Smolensk" filminin treyleri.

"Smolensk" filminin çəkilişi rejissora olduqca böyük çətinliklər hesabına başa gəlib. Film cüzi vəsaitlə çəkilib buna görə də çəkiliş bir neçə mərhələdə aparılıb. Ssenarisi dörd nəfər tərəfindən yazılıb və rolları oynamağa aktyor tapmaq çətinliyi olub, çünki aktyorlar filmdə tamamilə pulsuz oynayıblar.

Filmin rejissoru Azadlıq Radiosuna müsahibəsində belə deyir:

"Bu mənim üçün çəkdiyim ən özəl filmlərdən biridir, elə filmin çəkilişinə də təkbaşına başlamışam. 2010-cü ilin 10 aprelində səhər saat 9-da xəbər çıxdı ki, Smolenskdə nəsə baş verib. Hələlik konkret heç nə bilinmirdi, ancaq sonradan məlum oldu ki, baş verən hadisə Polşa tarixinin ən böyük faciələrindən biridir".

Film Polşa kinoteatrlarında göstərilməyə başladıqdan sonra əsl qalmaqala səbəb olub.

Buna da bax: "Polşada Smolensk ətrafında həlak olanların xatirəsi anılır"

"Smolensk" filminin çəkilməsində maraqlı olan və prezidentin ölümündən sonra qısa müddətlik hakimiyyətə gəlmiş Lech Kaczynskinin əkiz qardaşı Jaroslaw Kaczynski deyib ki, ""Smolensk"-də göstərilənlərin hamısı həqiqətdir".

Həmçinin Kaczynski-nin partiyası olan "Haqq və ədalət" partiyasının üzvləri faciə baş verən gündən bəri baş verənlərin intiqam məqsədiylə törədildiyini deyir, araşdırmaların aparılmasını tələb ediblər.

Digər tərəfdən bir çox polşalı kinotənqidçi və ictimai şəxslər rejissoru siyasi ədavəti qızışdırmaqda, heç bir fakt olmadan Rusiyanı sui-qəsddə ittiham edərək iki ölkə arasındakı münasibətləri korlamaqda günahlandırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG