Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:25

WADA: ‘Rus hakerlər daha 25 idmançının məlumatını sızdırıblar’


Ümumdünya Antidopinq Agentliyi (WADA)
Ümumdünya Antidopinq Agentliyi (WADA)

Sentyabrın 14-də Ümumdünya Antidopinq Agentliyi (WADA) bildirib ki, Rusiya hakerləri 8 ölkədən olan daha 25 idmançı barədə tibbi məlumatları sızdırdırıblar.

WADA-nın məlumatına görə, bu idmançılardan 10-u ABŞ, hərəyə 5-i Almaniya və Britaniyadandır. Qalan 5 idmançı Çexiya, Danimarka, Polşa, Rumıniya və Rusiyadandır.

Məlumatda o da göstərilir ki, bu idmançıların 14-ü ötən ay Rio Olimpiadasında medal alanlardır. TASS rusiyalı idmançının boksçu Misha Aloyan olduğunu bildirir. Digər idmançıların adları çəkilmir.

Buna da bax:​ Rusiya dopinq qadağasından apelyasiya verdi

İstisnalar əksini tapıb?

Sızdırılmış tibbi məlumatlarda müalicəvi istifadə ilə bağlı istisnalar əks olunub. Bu istisnalar idmançıların ümumən qadağan olunmuş dərmanlardan tibbi məqsədlərlə yararlanmasına imkan verir.

...Sızdırılmış tibbi məlumatlarda müalicəvi istifadə ilə bağlı istisnalar əks olunub. Bu istisnalar idmançıların ümumən qadağan olunmuş dərmanlardan tibbi məqsədlərlə yararlanmasına imkan verir.

WADA bildirib ki, hakerlər onun antidopinq sisteminə qanunsuz şəkildə daxil olaraq istisnalar barədə tibbi məlumatı ələ keçiriblər.

Hakerlərin bu addımı sözügedən müalicəvi istisnaların rusiyalı idmançıların dopinqdən istifadəsiylə üst-üstə düşdüyünü göstərmək cəhdi kimi dəyərləndirilir.

WADA-nın fikrincə, bu haker hücumları agentliyin Rusiyada dövlətin dəstəklədiyi dopinqdən istifadəyə dair araşdırmalara cavab olaraq aparılır.

Buna da bax:​ Rusiya laboratoriyaları dopinq qəbul edilməsini gizlədib

“Cinayət əməlini qınayırıq”

"Bu cinayət əməlini qınayırıq. Biz Rusiya hökumətindən onu dayandırmaq üçün əlindən gələni əsirgəməməsini xahiş etmişik. Davamlı kiberhücumlar Rusiyada müvafiq antidopinq proqramının yaradılması işinə ciddi ziyan vurur", - WADA-nın baş katibi Olivier Niggli belə deyib.

WADA-nın fikrincə, bu haker hücumları agentliyin Rusiyada dövlətin dəstəklədiyi dopinqdən istifadəyə dair araşdırmalara cavab olaraq aparılır.

WADA bu işdə "APT28" və "Fancy Bears" adlı haker qruplarının günahkar olduğunu da söyləyib. Agentlik sentyabrın 13-də də ABŞ idmançıları Simone Biles, Elena Delle Donne, Serena və Venus Williams-ların tibbi məlumatlarını yaymağa görə həmin qrupları günahlandırmışdı.

Niggli olub-bitənlərin sözügedən idmançıları narahat etdiyini bildirib və onlara üz tutaraq deyib:

"Cinayətkarların bu yolla sizin nüfuzunuzu ləkələmək istəməsinə üzgünük. Sizi əmin edirik ki, ən yüksək səviyyəli hüquq-mühafizə qurumlarından və İT (informasiya texnologiyaları) təhlükəsizliyi agentliklərindən aldığımız məlumat və məsləhətlərdən yararlanırıq".

Buna da bax:​ «Shaltai Boltai» nələri üzə çıxardı

Tenisçi Serena və Venus Williams bacıları açıqlama verərək qaydaları pozmadıqlarını bildiriblər.

Qaydanı pozmadıqlarını deyirlər

Rio Olimpiadasının gümüş medalını qazanmış tenisçi Serena və Venus Williams bacıları açıqlama verərək qaydaları pozmadıqlarını bildiriblər.

ABŞ Gimnastika Federasiyası isə Rioda 4 qızıl, bir gümüş medal qazanmış Simone Biles-ın heç bir qaydanı pozmadığını bəyan edib.

Sentyabrın 13-də "Fancy Bears" haker qrupu bildirib ki, WADA-nın məlumat bazalarını dünyaya "Olimpiya medallarının necə qazanıldığını" göstərmək üçün yarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG