Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:11

Bakının azad edilməsi qeyd olunub


Bakının azad edildiyi gün, türk əsgərlərin xatirəsinə ucaldılan abidə qarşısında təntənəli mərasim. 15.09.2016
Bakının azad edildiyi gün, türk əsgərlərin xatirəsinə ucaldılan abidə qarşısında təntənəli mərasim. 15.09.2016

Sentyabrın 15-də Bakıda «Şəhidlər xiyabanı»ndakı Türk əsgərlərin xatirəsinə ucaldılan abidə qarşısında təntənəli mərasim keçirilib.

Türkiyə səfirliyinin təşkil etdiyi mərasim Bakını Qafqaz İslam Ordusunun erməni-bolşevik işğalından azad etməsinin 98-ci ildönümünə həsr edilib.

Buna da bax:​ 15 sentyabr: Bakının işğaldan azad olunduğu gün

98 il öncə Bakının azadlığı uğrunda döyüşlərdə həlak olmuş türk hərbiçilərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfirliyin müşaviri Meral Barlas, Azərbaycan Parlamentinin, ictimaiyyətin və türk təşkilatların nümayəndələri iştirak ediblər.

«Turan»ın xəbərinə görə, mərasim iştirakçıları 98 il öncə Bakının azadlığı uğrunda döyüşlərdə həlak olmuş türk hərbiçilərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Meral Barlas abidənin önünə gül qoyub və Yaddaş Kitabına qeydlərini yazıb.

1918-ci ilin sentyabrın 15-də Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Bakıya daxil olaraq, şəhəri daşnak-bolşeviklərdən azad edib. Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçüb.

XS
SM
MD
LG