Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

15-17 yaşlı qızlar: 50 abort


arxiv fotosu
arxiv fotosu

Dövlət Statistika Komitəsindən Ölkə.az-a deyiblər ki, keçən il 27452 qadın abort edib. Onlardan 50-si 15-17 yaş arasında olanlardır. Yəni məktəb yaşında olan qızlardır.

Ola bilsin onlar heç məktəbli deyillər, erkən ərə gedənlərdir. Ancaq istənilən halda, bu 50 nəfər azdır ya çoxdur? Məktəblilər arasında belə problem Azərbaycanda nə qədər aktualdır?

“ƏKS HALDA, BU TENDENSİYA ÇOX CİDDİ ARTIMLA GEDƏCƏK"

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyir ki, çox güman ki, 15-17 yaşlı qadınlar arasında aborta gedənlərin sayı göstərilən rəqəmdən bir neçə dəfə yüksəkdir. 50 nəfər sadəcə rəsmən bilinənlərdir. Şəhla İsmayılın fikrincə, qarşısı alınmasa bu tendensiya getdikcə artacaq:

“Təəssüf ki, artmağa başlayıb və bu da bizi çox məyus edir. Hesab edirəm ki, bu da yetərincə məlumatın olmamasından irəli gəlir. Ümumiyyətlə ailə planlaşdırması ilə bağlı, arzuolunmayan hamiləliyin qarşısının alınması ilə bağlı çox əsaslı işlər görülməlidir.

Hətta yuxarı sinif şagirdləri üçün məktəb proqramına dərsdənkənar belə dərslər salınmalıdır. Bunun olmaması sözsüz gətirib bura çıxarır. Buna ancaq təəssüf etmək olar.

Hesab edirəm ki, buna indidən və çox ciddi reaksiya vermək lazımdır. Əks halda bu tendensiya çox ciddi artımla gedəcək. Ümumiyyətlə ilk hamiləliyin abort edilməsi birmənalı olaraq qadının sonradan yenidən təkrar hamilə olmasına belə, problem yaradır. Reproduktiv sağlamlığına ciddi sürətdə zərər vurur. Hətta bəzən sonsuzluqla nəticələnir. Həmin qadının yaşı az olduqca risk daha da çoxalır. Əgər yeniyetmə qadın ilk dəfə aborta o yaşda giribsə çox mənfi nəticələrə gətirə bilər. Hətta sonsuzluğa qədər.”

Şəhla İsmayıl: "yuxarı sinif şagirdləri üçün məktəb proqramına belə dərslər salınmalıdır..."
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

“ERKƏN NİGAHDA 15 YAŞINDA İLK ÖVLADI ABORT ETMƏK AĞLASIĞAN DEYİL.”

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, burdan belə nəticə çıxarmaq olar ki, 15- 17 yaşlı gənclər arasında seksual münasibətlər mövcuddur:

Mehriban Zeynalova
Mehriban Zeynalova

“15-17 yaşlı 50 nəfərin abort etdirməsini erkən nigahla bağlamaq məntiqlə doğru çıxmır. Çünki erkən nigahdırsa və ailə çərçivəsindədirsə, ilk övladı inanmıram ki, kimsə abort edə. Bu bir az məntiqə uyğun deyil. O halda belə nəticə çıxarmaq olar ki, gənclər arasında erkən seksual münasibətlər mövcuddur və bu faktdır.

Biz bilirik ki, 15, 16, 17 yaşlı qızlar arasında gizli münasibətlər ənənəvi olmasa da var. Bu abortlar da yəqin onun göstəricisi ola bilər. Bunlar gizli gedən proseslər olur və bir çox hallarda valideynlərin xəbəri olmur. Bu yaş həddində qızların aborta gedib qeydə alınması özü də yaxşı faktdır ki, onlar anonim deyil, açıq şəkildə bu abortları ediblər. Hər halda rəqəmin arxasında nə gizləndiyini bilmirik. Amma məntiq və təhlil onu göstərir ki, erkən nigahda 15 yaşında ilk övladı abort etmək ağlasığan bir məsələ deyil. Mən inanmıram ki, həmin 50 nəfər erkən nigah yaşda olan qadınlardır və onların ilkin övladı abort olunub.”

Mehriban Zeynalova:"gənclər arasında erkən seksual münasibətlər..."
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

“ÇOX TƏHLÜKƏLİ FAKTDIR”

Hüquq müdafiəçisi Sədaqət Paşayeva da deyir ki, bu faktla bağlı proqram hazırlanmalıdır, tədbirlər görülməlidir:

“Bizim bəzi dəyərlərimiz var ki, bunlar o dəyərlərimizə məncə, uyğun deyil. Bununla bağlı valideynlər arasında, həm məktəbdə tədbirlər görülməlidir.Bu məsuliyyət yaradan bir məsələdir. Bəzən ailədə də görürsən ki, valideynlər uşağın həyatı ilə ümumiyyətlə maraqlanmırlar. Uşaqların uşaq vaxtdan düzgün formamalaşmasının nəticəsidir bu. Cəmiyyət üçün gələcəkdə çox ciddi problem yarada bilər.

Bizim sosioloqlar, fizioloqlar, psixoloqlar və hüquqşünaslar bir arada proqramlar işləməlidirlər. Fizioloji baxımdan gələcəkdə həmin uşaqlar üçün, cəmiyyət üçün hansı problemlər yarada bilər? Və eyni zamanda dünyaya gələcək nəsil üçün hansı demoqrafik problemlər ola bilər? Bizim erkən nigahlarla bağlı apardığmız araşdırmalarda məlum olur ki, bu gənc anaların və uşaqların ölümünə səbəb olan bir prosesdir. Çox təhlükəli faktdır”.

Sədaqət Paşayeva: "bu gənc anaların və uşaqların ölümünə səbəb olan bir prosesdir"
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG