Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Azərbaycanda fanatizm və radikalizm zəminində kimisə dini etiqada, dini mərasim keçirməyə, dini cərəyana qoşulmağa və dini təhsil almağa məcbur edənlərə sərt cəzalar verilə bilər.

APA-nın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur.

Təklif olunan maddəyə əsasən, insanları sadalanan hallara məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək. Cəza bununla bitmir. Onlara 2 ildən 5 ilədək həbs cəzası da verilə bilər.

Layihənin Milli Məclisə təqdim olunduğu bildirilir.

Son vaxtlar dini radikallıqla mübarizə adı altında həm İnzibat Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə bir sıra sərt maddələr əlavə edilib.

Üstəlik, qanunvericilikdə dini radikallıqla mübarizə məqsədilə əməliyyat keçirən hüquq-mühafizə orqanlarına əlavə səlahiyyətlər verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG