Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:04

Şəkidə beynəlxalq teatr festivalı başlayır


Teatr
Teatr

Sentyabrın 15-dən Şəkidə «Üç məkan» II Beynəlxalq Teatr Festivalı start götürür.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, festivala 12 teatr-5 yerli, 7 xarici ölkə teatrı qatılıb.

Akademik Milli Dram teatrı, Gəncə Dövlət Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, BƏƏ-nin «Əl-Əhli» Dubay Teatrı, İranın «Neğab» Teatrı, Ukraynanın «Prekrasnıye Tsvetı» Teatrı, Rusiyanın «Trikster» Teatrı, Gürcüstanın Nodar Dumbadze adına Professional Dövlət Gənclər Teatrı, Türkiyə Cümhuriyyətinin İstanbul Bələdiyyəsi Şəhər Teatrı sentyabrın 15-dən 23-dək ölkənin müxtəlif məkanlarında tamaşa göstərəcəklər.

Akademik Milli Dram Teatrı Şəkidə «Ölülər» tamaşası ilə çıxış edəcək.

İstanbul Bələdiyyəsi Şəhər Teatrı sentyabrın 22-də və 23-də Xalq yazıçısı Elçinin «Şekspir» əsərini Dövlət Musiqili Teatrında təqdim edəcək.

Tamaşanın quruluşçu-rejissoru Türkiyədə yaşayan Məlahət Abbasova, quruluşçu-rəssamı Ayhan Doğandır.

Böyük tamaşaçı toplayan və Türkiyənin teatr ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən «Şekspir» tamaşası «Yeni Teatro Dərgisi və Başarı ödülü» mükafatına layiq görülüb.

Səhnə əsərində rol alan 5 aktyor «İlin ən yaxşı aktyoru» seçilib.

«Üç məkan» II Beynəlxalq Teatr Festivalısentyabrın 24-də başa çatacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG