Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

BMT bildirir ki, Ukraynanın şərqində münaqişədə ölənlərin sayı 9 min 600 nəfəri keçib.

BMT-nin İnsan Haqları Ofisinin (OHCHR) yaydığı məlumata görə, sentyabrın 15-dək Ukrayna silahlı qüvvələri, dinc vətəndaşlar və silahlı qruplaşmaların üzvləri arasında münaqişəylə bağlı 9 min 640 ölüm halı və 22 min 431 yaralı qeydə alınıb. Münaqişə 2014-cü il aprelin ortasından başlayıb.

OHCHR-ın hesabatı mayın ortasından avqustun ortasınadək olan müddəti əhatələyir və ölkənin şərqində münaqişəylə bağlı ölüm hallarının 66 faiz artdığını göstərir. Bu artım daha öncəki üç aylıq dövrlə müqayisədə belədir.

Ümumilikdə isə həmin 3 ayda Ukraynanın şərqində 28 nəfər ölüb, 160 nəfər yaralanıb.

«Sentyabrın 1-də atəşkəs bərpa olunandan durum yaxşılaşsa da, təmas xəttində sabitsizlik hökm sürür. Zorakılıq istənilən an yenidən qızışa bilər», - BMT-nin insan haqları üzrə ali komissarı Zeid Ra'ad Al Hussein bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG