Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:31

'Qarabağ' və 'Qəbələ' yaşıl meydanda


Foto arxiv
Foto arxiv

Bu gün, sentyabrın 15-i Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Azərbaycan çempionu «Qarabağ» qrupdakı ilk oyununda Çexiya təmsilçisi «Slovan»ı qəbul edəcək.

«BELƏ BIR RƏQİBƏ QARŞI OYNAMAQ...»

Bundan əvvəl iki dəfə cəhd eləsə də, Avropa Liqasında qrupdan çıxa bilməyən Qurban Qurbanovun yetirmələri üçüncü dəfə bacarıq və əzmlərini sınayacaqlar. Klubun rəsmi saytının verdiyi xəbərə görə, oyundan öncə baş məşqçi Qurban Qurbanov deyib ki, rəqibi ciddi qarşılayırlar: «Bu il Avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçiriblər və 4 qələbələri var. Son 3 ildə 2 dəfə qrupda oynayıblar. «Sevilya» kimi komandaya qarşı matçda çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirməyə çalışacağıq».

«RƏQİBİ YAXŞI ÖYRƏNMİŞİK»

Azərbaycanın digər təmsilçisi «Qəbələ» də mötəbər turnirdə ilk matçına çıxacaq. Roman Qriqorçukun yetirmələri ilk matçını səfərdə keçirəcək.

«Qırmızı-qaralar» «Anderlext»ə qonaq olacaqlar.

Oyundan əvvəl Roman Qirqorçuk isə deyib ki, ilk növbədə düzgün oynamağı, hücumda güclü çıxış etməyi düşünürlər: «Rəqibi yaxşı öyrənmişik, hansı üslubda çıxış etdiyini bilirik. Belçika təmsilçisinin çox sayda güclü tərəflərini görürük. Başa düşürük ki, fərdi keyfiyyətlərə malik futbolçuları neytrallaşdırmalıyıq. Bu, çox çətin vəzifədir. Lakin bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Bir neçə oyunçu deyil, rəqibin bütün hücum xəttini zərərsizləşdirməyi nəzərdə tuturam».

«Qarabağ» – «Slovan» oyununun start fiti Bakı vaxtı ilə saat 19:00-da «Dalğa Arena»da, «Anderlext» – «Qəbələ» oyununun isə saat 21:00-da «Konstant Vanden Stok» stadionunda veriləcək.

XS
SM
MD
LG