Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:53

Bakının azad edilməsindən 98 il keçir


Qafqaz İslam Ordusu Bakıda
Qafqaz İslam Ordusu Bakıda

Bu gün, 15 sentyabr Bakının işğalçı daşnak-bolşevik birləşmələrindən azad olunduğu gündür. Bakının azad olunmasından artıq 98 il ötür.

1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi elan edildikdən sonra Azərbaycan hökuməti bir müddət Tbilisidə, daha sonra Gəncədə fəaliyyət göstərib.

Tarixçilərin fikrincə, Bakı azad edilmədən Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək mümkünsüz idi. Müstəqilliyə təzə qovuşmuş Azərbaycana belə bir şəraitdə özünün çox ağır durumuna baxmayaraq, Osmanlı Türkiyəsi dəstək olub. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib.

Sentyabrın 15-də Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

Tarixçi-professor, Milli Şuranın sədri Cəmil Həsənli deyir ki, 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad edilməsi islam dünyasının Qurban bayramı günlərinə təsadüf edib. Bakıdan İstanbula kimi bir çox yerlərdə həmin günlər iki qurban kəsilib: «Bir İsmayıl peyğəmbərinin qurbanları, bir də Bakının azad olunması şərəfinə qurbanlar»,-deyə tarixçi qeyd edir.

XS
SM
MD
LG