Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:31

Fransada terrorçuluqda şübhəli bilinən daha bir yeniyetmə saxlanıb


Foto arxiv

Foto arxiv

Fransada terror aktına hazırlaşmaqda şübhəli bilinən daha bir yeniyetmə saxlanıb.

Reutersin məlumatına görə, 15 yaşlı gənc hücum üçün silah əldə etməyə çalışırmış.

Onun yeniyetmələri internetlə “İslam Dövləti” qrupuna cəlb edən fransalı cihadçı Rashid Kassimlə əlaqə saxladığı bildirilir.

Məlumata görə yeniyetmə Eyfil qülləsində terror aktına hazırlaşan bir qrup qadınla əlbir imiş.

Polis həmçinin sentyabrın 10-da islamçılarla əlbir olmaqda şübhəli bilinən daha bir 15 yaşlı yeniyetməni həbs edib.

Ötən ilin noyabrından Fransada fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu müddət ərzində islamçılar ölkədə bir neçə terror aktı törədib, nəticədə onlarla insan ölüb.

Fransanın baş naziri Manuel Vals sentyabrın 11-də ölkədə yeni terror təhlükəsi gözlənildiyini xəbərdarlıq edib.

Onun sözlərinə görə, hazırda ölkədə azı 15 min radikal islamçı yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG