Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:13

Kürdəxanıda saxlanan cəbhəçi dostlarından kitab istəyir


Kürdəxanı istintaq təcridxanası
Kürdəxanı istintaq təcridxanası

Vəkili Fuad Əhmədli ilə görüşdü

“Kürdəxanı istintaq təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc üzvi Fuad Əhmədlinin heç bir maddi və ruhi sıxıntısı yoxdur”.

Bunu “Turan” İnformasiya Agentliyinə sentyabrın 14-də Fuad Əhmədli ilə görüşən vəkil Əsabəli Mustafayev deyib.

Avqustun 18-də saxlanılan Fuad Əhmədli ilə görüşə və telefon danışığına qadağa qoyulduğu bildirilirdi. Vəkili nəhayət, sentyabrın 14-də onunla görüşə bilib.

Buna da bax:​ Gənc 'gülençi' ittihamını gülüşlə qarşıladı

Vəkil cəbhəçinin durumunun yaxşı olduğunu qeyd edib.

F.Əhmədlinin yaşadığı evdə axtarış aparılan zaman oradan bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılan Fethullah Gülen-in kitabları tapılıb.

“Həmişə olduğu kimi əhvalı yaxşıdır. Bütün dostlara möhkəmlik, fədakarlıq və fəallıq arzulayır. Darıxdığı olur, ona görə də, dostlarından yaxşı oxumalı kitablar istədi. Bu haqda atasına demişəm”, vəkil bildirib.

Ə.Mustafayev həmçinin, bir neçə gün əvvəl Qırmızı Xaç Komitəsinin nümayəndələrinin F.Əhmədli ilə görüşdüyünü deyib.

Buna da bax:​ Cəbhəçi gəncin rəsmi ittihamında nələr yazılıb?

Fuad Əhmədlini bu il avqustun 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlamışdı. Onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İstintaq F.Əhmədliyə cinayət Məcəlləsinin 302.1-ci (axtarış-əməliyyat tədbirlərini pozmaq) və 308-2-ci (səlahiyyət hədini aşmaq) maddəsi ilə cinayət işi başlayıb.

İstintaq orqanlarının iddiasına görə, F.Əhmədlinin yaşadığı evdə axtarış aparılan zaman oradan bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılan Fethullah Gülen-in kitabları tapılıb.

Buna da bax:​ İstintaq orqanlarının 'gülençi' açıqlaması

Vəkil bütün ittihamları rədd edir. AXCP-nin yaydığı bəyanatda isə bildirilirdi ki, hakimiyyət Fethullah Gülen amilindən öz rəqiblərini vurmaqdan ötrü istifadə edir.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in özü də Türkiyədə dövlət çevrilişini himayə etməsi ilə bağlı iddiaları yalanlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG