Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:31

Braziliyanın San Paula şəhərində Favela deyilən yaşayış məhəlləsində yanğın 500-dən çox ev yanıb.

Yoxsulların yaşadığı bu qəsəbə şəhərin ətrafında yerləşir. Bir-birinə bitiş olan evlər dəmir-dümür və müxtəlif materiallardan tikilib.

Ona görə də yanğını sürətlə ətrafa yayılıb.

Alovla mübarizəyə 30-dan çox yanğınsöndürən maşın cəlb edilib.

Hələlik ölənlər barədə dəqiq məlumat yoxdur.

Həmçinin hakim dairələr itki və ya xəsarət alanlar barədə rəsmi məlumat vermir.

Bu qəsəbədə 100 minlərlə adam yaşayır, hakimiyyət onları evlə təmin edə bilmir.

Yoxsulluğa görə qəsəbədə fahişəlik və ilk növbədə narkotik alveri baş alıb gedir.

Polis bir neçə dəfə qəsəbəni sökməyə cəhd eləsə də sakinlər onun müdafiəsinə qalxıb, çünki ayrı sığınacaq yerləri yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG