Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:35

Hərracda elə ilk gündə qalmaqal yaşanıb


Pul çantası
Pul çantası

Əmlak Məsələlər Dövlət Komitəsindən verilən xəbərə görə, bu gün sentyabrın 14-də keçirilmiş hərracda ümumilikdə 36 dövlət əmlakı satılıb. Bu hərrac nəticəsində dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 1,8 milyon manat vəsait köçürüləcək.

Növbəti belə hərrac sentyabrın 20-də keçiriləcək. Bu hərracda 25 səhmdar cəmiyyəti, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi satışa çıxarılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı sentyabrın 14-də keçirdiyi ilk açıq hərracda ciddi mübahisə yaşandığı bildirilir.

«Report»un xəbərinə görə, mübahisə Bakının Nəsimi rayonunda yerləşən ticarət obyektinin özəlləşdirilməsi zamanı yaranıb.

Buna da bax:​ Özəlləşdiriləcək müəssisələrin təqdimatı olub

Mübahisə Bakının Nəsimi rayonunda yerləşən ticarət obyektinin özəlləşdirilməsi zamanı yaranıb.

Start qiyməti təxminən 30 min manat olan mağazada uzun illər icarədar kimi fəaliyyət göstərən Vəliyəddin Məmmədov obyekti başqasının özəlləşdirməsinə etiraz edib: «Mənə dedilər ki, 10 faiz beh ödə, qalanını isə hərracda ödəyərsən. Mən də bankdan kredit götürüb 3 min manata yaxın beh ödədim. Amma burada mağazanı başqası özəlləşdirdi. İcarədar kimi mənə üstünlük verilməli idi».

Xəbərdə qeyd edilir ki, Komitə nümayəndələri isə belə bir qaydanın olmadığını, dövlət əmlakının özəlləşdirilməsi zamanı bütün vətəndaşlara eyni cür yanaşıldığını bildirib. Bununla belə, şikayətçi ona qarşı haqsızlığa yol verildiyini iddia edib.

Həmin şəxsin əraziyə çağırılan təcili tibbi yardım və post patrul xidmətinin əməkdaşlarının köməyi ilə hərracının keçirildiyi komitənin binasından kənarlaşdırıldığı bildirilir.

Buna da bax:​ Daha 85 dövlət əmlakı hərraca çıxarılır

Həmin şəxsin əraziyə çağırılan təcili tibbi yardım və post patrul xidmətinin əməkdaşlarının köməyi ilə hərracının keçirildiyi komitənin binasından kənarlaşdırıldığı bildirilir.

Bu il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb. Sənəddə qeyd olunur ki, fərmanın məqsədi ölkədəki iqtisadi fəallığı gücləndirmək, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək və sağlam rəqabət mühiti formalaşdırmaqdır.

Ekspertlərin fikrincə, neftin qiymətinin kəskin azalması bu ildən özəlləşdirmə mövzusunu Azərbaycanda yenidən gündəmə gətirib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

Buna da bax:​ Özəlləşdirmə müəmması

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

XS
SM
MD
LG