Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:04

Kinodramaturqla nazirin çəkişməsi Avropa Məhkəməsində


Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev
Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev

Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubovla məhkəmə çəkişməsi Avropa İnsan Hüquqları Məhkəməsində araşdırılacaq.

Bu haqda məhkəmənin saytı bildirir.

Məlumatda qeyd edilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi E.Quliyevin yerli məhkəmələrin qərarlarından verdiyi şikayəti icraata qəbul edib.

Şikayət ifadə azadlığı hüququnun pozuntusu ilə bağlıdır.

Orada qeyd olunur ki, yerli məhkəmələr daxili işlər nazirinin E.Quliyevə iddiasına baxarkən onun ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnu pozublar. Məhkəmədən pozuntuların tanınması, dəymiş zərərin kompensasiya edilməsi istənilir.

Buna da bax:​ Eldəniz Quliyev yuxarı məhkəməyə üz tutur

2014-cü ildə daxili işlər naziri Eldəniz Quliyevi məhkəməyə vermişdi. İddiaya Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət səbəb olmuşdu.

2014-cü ildə daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə vermişdi. İddiaya Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət səbəb olmuşdu.

Eldəniz Quliyev “Facebook” şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirmiş və naziri konkret addımlar atmağa səsləmişdi.

Buna da bax: Məhkəmə Eldəniz Quliyevə 1000 manat cərimə, 480 saat ictimai iş cəzası verdi

Məhkəmə E. Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat cərimələnməsinə qərar vermişdi.

Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy vermişdi. İddiasını Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında qaldıran nazirin vəkili məhkəmədən Eldəniz Quliyevə 1 il həbs cəzası verilməsini istəmişdi.

Nəsimi Rayon Məhkəməsi isə E. Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat cərimələnməsinə qərar vermişdi. Yuxarı məhkəmələr qərarı dəyişməmişdi.

Ancaq bu qərar tam icra olunmamış sayılır.

XS
SM
MD
LG