Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:34

"Siyasətlə məşğul olan hər kəs təhlükədədir"


Bakı mitinq
Bakı mitinq

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Michel Forst-un sentyabrın 14-dən Azərbaycana səfəri başlayır. ABŞ Konqresinin insan haqları komissiyasında isə Azərbaycanla bağlı dinləmə başlayır.

Azərbaycanda insan haqları sahəsində ən çox pozuntu hardadır? Beynəlxalq aləmin indiki diqqətindən sonra Azərbaycan hakimiyyəti hansı güzəştlərə gedə bilər? Yəni yaxın vaxtlarda nəsə gözləmək olarmı?

“HAKİMİYYƏTİN APARDIĞI SİYASƏTƏ QARŞI SƏS QALDIRANLAR TƏHLÜKƏDƏDİRLƏR”

Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, ölkədə insan hüquqlarının yaxşılığa doğru dəyişməsi hakimiyyətin istəyindən asılıdır. Əgər islahat aparılsa hər şey yaxşılığa doğru dəyişər:

Arzu Abdullayeva
Arzu Abdullayeva

“Ən böyük pozuntu təhlükəsizlik məsələsindədir. Çünki siyasətlə məşğul olan hər bir vətəndaş özünü təhlükədə hiss edir. Yəni o həbs oluna bilər, təqib oluna bilər. Bu böyük bir problemdir. Və bu problem aradan götürülməlidir.

Nəticələr isə olub insan haqqları sahəsində. Yəni bu yaxınlarda bir sıra hüquq müdafiəçiləri prezidentə müraciət edərək, Natiq Cəfərlinin işini nəzarətə götürməyi istəmişdi. Bu müsbət nəticələndi. Natiq Cəfərli cəmiyyətin çox istəkli, sevimli bir fəalıdır. Biz bunun üçün çox sevinirik. Nəsə etmək mümkündür.

Ancaq daim siyasətçilər, cəmiyyət fəalları hakimiyyətin apardığı siyasətə qarşı bir səs qaldırırlarsa, tənqid edirlərsə, onlar təhlükədədirlər.

Əgər biz sivil ölkə qururuqsa, belə bir şey olmamalıdır. Mən gözləyirəm ki, islahatlar olsun. Hər halda o islahatlar üzərində indi vətəndaş cəmiyyəti işləyir. Əgər hökumət bu işlə əlaqədar dialoqa gedərsə,bu islahatlara gedərsə, tam sakitliklə bu islahatlar olarsa bizim günümüz yaxşılığıa doğru dəyişər....” (Ətraflı audioda)...

Arzu Abdullayeva: "Siyasətlə məşğul olan özünü təhlükədə hiss edir"
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

“HAKİMİYYƏTİN ADDIMLARINA BEYNƏLXALQ İCTİMAİYYƏT O QƏDƏR DƏ CİDDİ REAKSİYA VERMİR”

Hüquq müdafiəçisi Əvəz Həsənov isə deyir ki, indiki məqamda beynəlxalq ictimaiyyətin Azərbaycan hakimiyyətinə ciddi təzyiqlər etmək planı hiss olunmur:

“Beynəlxalq ictimaiyyətin Azərbaycan hakimiyyətinə ciddi təzyiqlər etmək planı yoxdur. Çünki bunu elə Azərbaycan hakimiyyətinin son vaxtlar referendum keçirmək istəyinə reaksiyadan da görmək olar. Referenduma ciddi bir reksiya olmaması ilə sübut olunub ki, Azərbaycan hakimiyyətinin etdiyi addımlara beynəlxalq ictimaiyyət o qədər də ciddi reaksiya vermir.

Vaxtilə insan hüquqları daha çox sərbəst toplaşmaq azadlığı sahəsində pozulurdu. Bu iki il ərzində demək olar ki, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb. Və insanlar toplantılara, mitinqlərə çıxa bilmir.

Başqa sahələrdə də pozuntular var. Daha çox məhkəmələrdə, daha çox mülkiyyət məsələlərində, dindarların təqib olunmasında pozuntular var...” (Ətraflı audioda)...

Əvəz Həsənov: "Beynəlxalq aləmin ciddi reaksiyası yoxdur..."
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

“AZƏRBAYCANA TƏZYİQLƏR ARTIB.”

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə deyir ki, Azərbaycana diqqət var və hakimiyyət beynəlxalq aləmin bu siqnallarından nəticələr çıxarmalıdır:

Oqtay Gulalıyev
Oqtay Gulalıyev

“Azərbaycanda elə bir sahə tapmaq çətindir ki, orda insan haqqları və digər hüquq və azadlıqlar pozulmasın. Söz, ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı, sərbəst şəkildə fikrini ifadə etmə azadlığı və digər hüquqlar daha çox pozulub. Təbii ki, mülkiyyət hüquqları və başqa hüquqlar da bura daxildir.

Amma mən bir məqamı xüsusi qeyd etmək istərdim. Hazırda Azərbaycanda siyasi məhbusların sayı 100-dən çoxdur. Azad mətbuata olan basqılar, müstəqil media qurumlarının sıradan çıxarılması, fərqli düşüncəli insanlara qarşı aparılan repressiyalar, onların həbs olunması, təqib olunması bu qəbildən olan məsələlərdir.

BMT nümayəndəsinin Azərbaycana gəlişi nəzərdə tutulub və mənim bildiyim qədəri ilə onun geniş spektrli görüşləri həyata keçiriləcək. Eyni zamanda ABŞ konqresində dinləmələr də olacaq. Bütün bunlar hamısı Azərbaycana olan diqqətdir. Son zamanlar Azərbaycana bu diqqət artmaqdadır. Azərbaycana qarşı təzyiqlər artıb. Mən düşünürəm ki, Azərbaycan hökuməti bu siqnallardan nəticə çıxarmalıdır....” (Ətraflı audioda)...

Oqtay Gülalıyev: "Azərbaycana diqqət və təzyiqlər artır..."
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG