Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:29

Sloveniya futbol assosasiyasının rəhbəri Aleksander Çeverin UEFA prezidenti seçidi.

Afinada keçirilən qurultayda ona 42 nümayəndə səs verib.

Onun Niderlanddan olan əsas rəqibi Mixael van Praq isə 13 səs toplayıb.

Aleksander Çeferin fantastik dəstəyə görə təşəkkür bildirib, bunun onun üçün böyük şərəf və məsuliyyət olduğunu deyib.

Qeyd edək ki, keçmiş UEFA prezidenti Michel Platini, 9 ilik fəaliyyətdən sonra korrupsiya qalmaqalına görə vəzifəsindən kənarlaşdırıldığına görə quruma vaxtındanəvvəl seçki keçirilib.

Platini vida çıxışında yenidən bütün ittihamları rədd edib və vicdanının təmiz olduğunu deyib.

Aleksander Çeferin artıq qrumda bir sıra dəyişikliklər ediləcəyini bəyan edib.

Onlardan biri də prezidentlik və icrayyə komitəsi üzvləri müddətinin azaldılmasıdır.

XS
SM
MD
LG