Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08

Taleh Bağırovun 6 tərəfdarının şikayətinə baxılacaq


Taleh Bağırov və tərəfdarları
Taleh Bağırov və tərəfdarları

«Müsəlman Birliyi» Hərəkatının hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və digər cinayətlərdə təqsirləndirilən 6 üzvünün apelyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayır.

Bu haqda vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, proses sentyabrın 19-da başlayacaq. İş Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun icraatına verilib.

Buna da bax:​ Nardarandakı dini icma qeydə alınıb

«Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs edilib.

Sabunçu Rayon Məhkəməsi iyunda «Müsəlman Birliyi» Hərəkatının 6 üzvünə hökm oxuyub. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.

Hökmə əsasən, təqsirləndirilənlərdən Sahil Rzayev 6 il 5 ay 15 gün, Niftəli Vəliyev 5 il 11 ay 10 gün, Anar Əliyev 5 il 11 ay, Elvin Bünyadov 6 il 1 ay 15 gün, Lətif Əhmədov 5 il 11 ay 20 gün, Teymur Osmanov isə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Buna da bax:​ Nardaran dustaqları etiraz etdi

Sahil Rzayev 6 il 5 ay, Niftəli Vəliyev 5 il 11 ay, Anar Əliyev 5 il 11 ay, Elvin Bünyadov 6 il 1 ay, Lətif Əhmədov 5 il 11 ay, Teymur Osmanov isə 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonrakı günlər də həbslər davam edib.

Sonradan prokurorluq bildirdi ki, qeydiyyatdan keçməyən «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başa çatıb. Onlara 1 il 6 aydan 6 il 6 aya qədər müxtəlif cəzalar verilib.

Buna da bax: Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Hərçənd, onlar özləri bu ittihamları rədd edirlər. Tutulanlar bildirir ki, onlardan ifadələr işgəncə altında alınıb.

Ancaq hüquq mühafizə orqanları işgəncələrlə bağlı şikayəti qəbul etmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG