Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:31

“Rüstəm Behrudi tələsib. Gərək bir il də səbr edəydi”


Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Yazıçılar Birliyi

-

“Rüstəm Behrudi tələsib. Gərək bir il də səbr edəydi”.

Bu sözləri Oxu Zalına açıqlamasında Azərbyacan Yazıçılar Birliyinin mətbuat xidmətinin katibi Xəyal Rza deyib. O, qurumun adətən yubiley tədbirlərini keçirdiyini bildirib: “AYB adətən yubiley tədbirlərini qeyd edir. “Ədəbiyyat” qəzetində yubileyi keçirilən yazıçı, şairlə bağlı məqalə çıxır, onun əsərlərindən hissələr verilir. Əgər yubilyar istəyərsə, “Natəvan” zalında oxucularla görüş təyin edilir. Rüstəm müəllim də səbr etsəydi, yəqin ki, onun 60 illiyi də bu cür qeyd olunacaqdı”.

Buna da bax: "Heydər Əliyevə demişdim ki AYB kimi quruma ehtiyac yoxdur..."

Xəyal Rza həmçinin açıqlamasında AYB-nin kiməsə qarşı diqqətsizlik göstərməyindən söhbət belə getmədiyini vurğulayıb: “Hazırda Yazıçılar Birliyində təmir işləri gedir. Həm də bayram günləridir deyə işçilər istirahətdədir. Ola bilsin ki, bütün bunlar da vəziyyətin belə yaranmasına öz təsirini göstərib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG