Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:45

Sulu qar gözlənilir


Foto illüstrasiya
Foto illüstrasiya

Sentyabrın 15-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacaq. Abşeronda gecə 19-22, gündüz 26-30, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın şimal və qərb rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı qeyd edilir. Axşam bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir. Gecə 15-20, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı təxmin edilir.

Nazirlik bildirir ki, sentyabrın 15-i gündüzdən başlayaraq sentyabrın 18-dək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağıntının sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcək.

XS
SM
MD
LG