Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:32

Hərracda 78 milyon dollar satılıb


Dollar
Dollar

Bu gün - sentyabrın 14-də növbəti valyuta hərracı keçirilib. Neft Fondu bildirir ki, hərraca 150 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

Həmin vəsaitdən 78 mln. dollar hərraca qatılan 22 banka satılıb.

Ötən həftə keçirilən hərracda isə 300 milyon dolların satıldığı bildirilirdi.

Bundan sonra manat dollar qarşısında cüzi bahalaşmışdı.

Halbuki, bir müddət idi ki, ölkədə dollar qıtlığı yaşanırdı. Ölkənin əksər bankları dollar satışını dayandırmışdılar. Hazırda bəzi bankların dollar satışını bərpa etdikləri bildirilir.

Hazırda rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.6390 manata bərabərdir.

Devalvasiya olsun, olmasın? Sorğu

Devalvasiya olsun, olmasın?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

XS
SM
MD
LG