Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:55

Qazaxıstan prezidenti Nursultan Nazarbaev-in qızı Darigha Nazarbaeva parlamentin yuxarı palatası olan Senata deputat təyin olunub.

Darigha Nazarbaeva Karim Maksimov hökumətində vitse-premyer idi. 2015-ci ilin sentyabrınadək parlament məclisinin sədr müavini olub.

Sentyabrın 8-də prezident Maksimov-u baş nazirlikdən çıxarıb, Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edib. Komitənin əvvəlki rəhbəri Vladimir Zhumakanov isə Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Sentyabrın 13-də hökumətin yeni tərkibi formalaşıb. Yeni baş nazir Bakytzhan Sagintaev-dir. 11 nazir vəzifəsində qalıb.

Müdafiə naziri Imangali Tasmagambetov baş nazirin müavini postuna gətirilib.

İyunun 5-də Aktobedə silah mağazalarına və hərbi hissəyə hücumdan sonra Qazaxıstanda terror səviyyəsi «sarı»ya qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG