Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:04

Ukraynada Baş Prokurorluq daxili işlər naziri Arsen Avakov-a cinayət işi açıb. Bu barədə «24 kanal» televiziyasına baş prokuror Yuriy Lutsenko məlumat verib. Amma o, nazirə hansı maddəylə cinayət işi açıldığını dəqiqləşdirməyib.

Lutsenko bildirib ki, cinayət işi korrupsiyayla mübarizə idarəsinin rəhbəri Vitaly Shabunin-in yazılı müraciətindən sonra başladılıb.

Avakov özü hər hansı şərh verməyib.

Hələ avqustda Ukrayna Ali Radasında Arsen Avakov-un işdən çıxarılması barədə qətnamə layihəsi qeydiyyatdan keçib. Səbəb kimi onun cinayətkarlıqla davamlı mübarizə aparmaması göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG