Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:02

«Roma Papası Francis-in Azərbaycana münasibəti çox yaxşıdır».

APA-nın xəbərinə görə, bu sözləri Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete sentyabrın 14-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Roma Papası bu ilin martında Vatikanda Azərbaycan prezidenti və xanımı ilə görüşüb: «Roma Papasının Azərbaycana səfəri ölkədə elan olunmuş multikulturalizm ilində baş tutur. O, burada bütün dinlərin nümayəndələri ilə görüşəcək. Papa Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir».

Vladimir Fekete Qarabağ münaqişəsindən da danışıb: «Dağlıq Qarabağ münaqişəsi 25 ilə yaxındır davam edir və bütün azərbaycanlılar üçün ağrılı məsələdir».

O bildirib ki, münaqişənin həlli siyasətçi və diplomatların işidir: «Lakin katolik kilsəsi olaraq biz deyirik ki, hamımız qardaşıq. Düşünürük ki, bütün münaqişələr danışıqlar masası arxasında həll olunmalıdır. Papa deyir ki, müharibə və zorakılıq həmişə daha çox zorakılıq gətirir. Münaqişələr sülh və diplomatik yolla həll olunmalıdır».

Roma Papasının oktyabrın 2-də Azərbaycana gələcəyi gözlənilir. Proqrama görə, oktyabrın 2-də Papa Müqəddəs Məryəm Kilsəsində messa keçirəcək.

Sonra pontifik Azərbaycan prezidenti, müsəlman, pravoslav və yəhudi icmalarının liderləri ilə görüşməlidir.

Roma Papası Francis «erməni soyqırımı» iddialarını tanıyıb. O, Ermənistanda səfərdə olarkən bu ifadəni işlədib. Bu, Türkiyənin kəskin tənqidinə səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG