Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:37

«Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır».

APA–nın xəbərinə görə, bunu energetika naziri Natiq Əliyev deyib.

Nazirin bildirməsinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır. «Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir», - deyə nazir qeyd edib.

Bu ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollar götürülmüşdü. İlin əvvəlində neftin qiymətində kəskin azaldıqdan sonra parlament dövlət büdcəsinə yenidən dəyişiklik etdi. Dəyişiklikdən sonra büdcədə neftin baza qiyməti 25 dollar götürüldü.

Hazırda Azərbaycan neftinin 47.78 dollara satıldığı bildirilir. Son gündə «Azeri Light» markalı neft təqribən 3 faiz ucuzlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG