Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:01

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) terrorçuluqla mübarizə aparan mərkəzinin («Alfa» qrupu) keçmiş komandiri Yuriy Torshin yol qəzasında həlak olub. Gazeta.ru yazır ki, motosiklet yürüşündə Çeçenistan rəhbərliyinin təhlükəsizlik xidmətinin rəhbəri Abuzaid Vismuradov üçtəkərli motosikletlə Torshin-i vurub.

Yürüş «Akhmat» döyüşçü klubuyla «Gecə canavarları» baykerləri arasında keçirilirmiş. «Gecə canavarları»nın regional bölməsinin prezidenti Alvu Mutayev deyib ki, keçmiş komandirin üzərində şlem, yaxud hər hansı başqa xüsusi geyim olmayıb.

Mutayev-in sözlərinə görə, Torshin yolun kənarıyla sürüb, bir tərəfdən o biri tərəfə keçirmiş, «tanınmış adam» olduğundan heç kəs də ona bir söz deməyib. Torshin qəfildən əyləci basıb və yıxılıb. Arxadan gələn Vismuradov onun üstünə çıxıb. Əvvəl Vismuradov-un da öldüyünü güman ediblər, ancaq o, başından yara alıb və xəstəxanaya çatdırılıb.

«Alfa»nın 58 yaşlı keçmiş komandirinin ölümü barədə hələ sentyabrın 12-də axşam məlumat yayılmışdı.

Torshin 1982-ci ildən «Alfa»da işləməyə başlayıb, Əfqanıstanda hərbi əməliyyatlarda, Şimali Qafqazda iki müharibədə, Beslan və Nord-Ost əməliyyatlarında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG