Qəbələdə atıcılıq üzrə gənclərin dünya kuboku yarışları keçiriləcək.
APA bu xəbəri Qəbələ Atıcılıq Klubuna istinadən yayıb.
Xəbərdə bildirilir ki, yarışlar sentyabrın 16-dan 23-nə kimi keçiriləcək.
Builki turnirə Azərbaycanla yanaşı, 26 ölkəni təmsil edən 500-ə yaxın iştirakçının qatılması gözlənilir.
Təməli 2012-ci ildə qoyulan klubun təşkilatçılığı ilə keçirilən ilk dünya kuboku yarışları 2014, ikincisi isə 2015-ci ildə baş tutub.