Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:34

"Ulduz" jurnalı Rüstəm Behrudinin istefasına münasibət bildirdi


Azerbaijan - Azeri author Vusal Nuru, undated

Azerbaijan - Azeri author Vusal Nuru, undated

-

“Ulduz ” jurnalının nəsr, poezia şöbəsinin redaktoru Vüsal Nuru Oxu Zalına ünvanladığı məktubunda bildirir ki, Rüstəm Behrudi öz istefa bəyanatında AYB-nin ədəbi orqanlarından, onun doğum gününü yada salmamaları ilə bağlı narazılığını bildirib. AYB-nin orqanlar əsasən "Ədəbiyyat" qəzeti, "Ulduz" və "Azərbaycan" jurnallarıdı. Daha sonra Vüsal Nuru "Ulduz" jurnalının adından istefaya münasibətini bildirib.

Buna da bax: "Ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyanlar"

Rüstəm Behrudi.

Rüstəm Behrudi.

"Xəbər saytların birində Azərbaycan ədəbiyyatının ən dəyərli imzalarından biri olan, Türk dünyasının sevimli şairi Rüstəm Behrudinin AYB dən ayrıldığı xəbərini oxudum. Təəssüf edirəm ki, Rüstəm bəy bu qərarı verib. Təəssüf edirəm ki, o AYB-nin orqanı olan “Ulduz” jurnalından, onun baş redaktoru Qulu Ağsəsdən biz əməkdaşlarından inciyib. Çünki başda Qulu Ağsəs olmaqla, jurnalın bütün kollektivi ədəbiyyatımızın dəyərli imzalarına hər zaman diqqətlə, sevgiylə yanaşır. Biz öz sevgi, sayqımızı jurnalın səhifələrində ad günlərini qeyd etməklə bildirmək imkanımız yoxdu. Hamıya məlum olduğu kimi “Ulduz” jurnalı bir gənclik jurnalıdı və yalnız bədii əsərlər çap edir. Səhifə sayı az olduğunda geniş və əlavə materiallar təqdim edə bilmirik. Onu da xatırladım ki, AYB –də hazırda təmir işləri getdiyi üçün müvəqqəti çətinlikdi. Otaqlarımızda hələ ki, internet bərpa olunmayıb. O üzdən biz əzizimiz Rüstəm Behrudinin doğum günü olduğunu izləyə bilməmişik. Rüstəm Behrudi qəbul etsə “Ulduz” jurnalı adından şairimizin doğum günün təbrik edirik. Təqvimdə bir gün deyil, belə bir şairin doğuluşuna, var oluşuna, hər gün sevinirik.

Mən qərib, didərgin, kimsəsiz ruham

Göylərdə görünməz qəbrim var mənim.

Ölsəm tabutumu mələklər tutar,

Yasımı allahlar saxlayar mənim

- deyən şairə arzu edirik ki, qalxdığı o zirvədə əbəbiləşsin.

“Ulduz ” jurnalının nəsr, poezia şöbəsinin redaktoru Vüsal Nuru

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG