Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

-

Dünyanı fəth edən "Ben-Hur", indi də Azərbaycanda...

Bu günlərdə Bakının kinoteatrlarında yeni bir film “Ben-Hur” göstərilməyə başlayıb. Tək Bakımı, bütün dünyada bu film böyük sürətlə yayılmaqdadır.

Zorakılıq, köləlik, sürətli araba yarışları, pisliyə qarşı edilmiş yaxşılıq və bütün bunlar Roma İmperiyasının dövründə baş verir. Yayın sonlarına doğru prokatlara çıxarılan film 100 milyon dollara başa gəlsə də, kinotənqidçilərin fikrincə ona xərclənən pulun ən yaxşı halda 75 milyonu geri qayıda bilər.

Əvvəla onu demək lazımdır ki, “Ben-Hur” əhvalatı haqda film nə birincidir nə də sonucu. Bu populyar İncil motivləri əsasında yazılmış roman 1880-ci ildə amerikalı hərbçi və diplomat Lew Wallace-nin həyatı boyu yazdığı iki-üç kitabından biri kimi ortaya çıxıb. Məsələ ondadır ki,

Amerikan hərbçisi, siyasətçisi Lew Wallace həyatı boyu bir neçə roman yazıb, onlarda yalnız biri Ben-Hurun həyatı haqda roman uğur qaznaıb.

Amerikan hərbçisi, siyasətçisi Lew Wallace həyatı boyu bir neçə roman yazıb, onlarda yalnız biri Ben-Hurun həyatı haqda roman uğur qaznaıb.

Lew Wallace həmin illərdə hərbi kariyerasını başa vurub ABŞ prezidenti James Garfield tərəfindən səfir kimi Osmanlı İmperiyasına yollanır. Doğrudur ki, Wallace Osmanlı İmperiyasına gəlməzdən əvvəl tarixi roman yazmağa başlamışdı. Ancaq səfir olduğu dövrdə sakit həyat tərzi ona “Ben-Hur: Bir İsa əfsanəsi” adlı romanını yazmağa imkan verir. Onu da qeyd etmək lazımdır ki, o dövrdə ABŞ cəmiyyəti xeyli dindar idi və yazıçılar arasında İncil motivləri əsasında roman yazmaq çox populyar idi.

Lew Wallace-nin ölümündən ikicə il sonra, 1907-ci ildə məşhur romanı bəyənilir və onun əsasında ABŞ-da səssiz film çəkilir, eyni roman əsasında növbəti səssiz film 1925-ci ildə çəkilir, lakin bu filmlərin hamısını kölgədə qoyan “Ben-Hur” filmi 1959-cu ildə çəkilir. Film o qədər uğuru olur ki, filmin yaradıcılarına ona xərclənən 15.175 million dolların təqribən 10 qatını yəni 146.9 milyon dollar qazandırır və ən əsası o dövr film 12 Oscar nominasiyası üzrə mükafatların 11-ini qazanır. 2003-cü ildə yenidən rejissorların diqqətini çəkən roman əsasında animasiya filmi çəkilir. Ən sonra 2015-ci ildə roman qazax-rus rejissoru Timur Bekmambetovun diqqətini çəkir. Bekmambetov buna qədər çoxlu sayda sürreal döyüş, qorxu, dəhşət filmləri çəkib, ancaq onun filmləri Rusiya və rusdilli ölkələrin bazarında satılıb. İlk dəfə olaraq Bekmambetov yeni adaptasiyada, yeni quruluşda “Ben-Hur” filmiylə özünü Hollywooda sınamaq qərarına gəlib.

Qazax-rus rejissoru Timur Bekmambetov.

Qazax-rus rejissoru Timur Bekmambetov.

“Ben-Hur” filmi tarix sevənlər üçündür. Orda Roma imperiyasının ən güclü olduğu dövrdə işğal etdiyi ölkələrdəki siyasətini görmək olar, orda İsa Peyğəmbərin həyatı və təliminin necə mühitdə ortaya çıxdığına şahid olmaq olar. Həmçinin qədim mərc oyunlarından olan qanlı araba yarışlarının həyəcanını bu filmdə yaşamaq olar.

Filmin əvvəli çox darıxdırıcı kadrlarla başlayır. Qüdsdə yaşayan bir yəhudi əsilzadəsi Yahuda Ben-Hur və onun xoşbəxt ailəsi, anası, bacısı, sevdiyi qadın və ögey qardaşı Messalayla keçən xoşbəxt həyatından bəhs olunur. Demək olar ki, bu hissədə 3-4 qədim yəhudi adətiylə, Messalayla Yahudanın at yarışının əsk olunduğu səhnədən başqa maraqlı bir şey görmürük.

Buna da bax: "Gürcü kinosunda Şah Abbas qəddar və qaniçəndir"

Filmin əsas maraqlı hissəsi ogey qardaş Messalanın evdən küsüb getməsi Roma ordusuna qoşulması və orda böyük uğurlar qazanaraq öz şəhərinə geri qayıtmasıyla başlayır. Rejissorun Messalanı get-gedə daha da aqressiv şəkildə təqdim etməsi anlaşılmasa da, məlum olur ki, ögey qardaş Roma ordusundakı vəzifəsindən ötrü ona müqəddəs olan hər şeyi, ailəsini, qardaşını, evini belə məhv etməyə hazırdır.

"Ben-Hur" filmində iki qardaş Massela və Yahuda-nın görüşməsi.

"Ben-Hur" filmində iki qardaş Massela və Yahuda-nın görüşməsi.

Qüdsə təyin olunmuş Roma hakiminin sui-qəsdə məruz qalması və bu sui-qəsdçinin Yahuda Ben-Hurun evində yaşaması ortaya çıxdıqdan sonra Messala ögey qardaşını xəyanətdə suçlayaraq kölə kimi Roma döyüş gəmilərində kürəkçiliyə yollayır.

Filmin ən həyacanlı səhnələrindən biri məhz burda başlayır. 5 il kürəkçi kölə kimi çalışan Yahuda burda olmazın əzablar və dəhşətli anlar yaşayır. Qədim dövr müharibəsini geniş bir kamerayla deyil, Yahudanın oturduğu yerdəki kiçik pəncərədən çəkilməsi bizə müharibəni daha da yaxından göstərir. Kürəkçi Yahudanın oturduğu gəmi yunanlar tərəfindən dağıldıqdan sonra azad olan Yahuda xeyirxah insana rast gələrək yenidən ölkəsinə qayıdır və qardaşından qisasını alır.

Qeyd edək ki, filmin daha həyəcanlı ikinci səhnəsi Yahudayla qardaşı Messalanın artıq düşmən kimi üz-üzə gəlib Romanın təşkil etdiyi arabalı at yarışlarında iştirak etməsidir. Bununla qədim dövr barbarlığı, insan həyatının dəyərsizliyi, Roma İmperiyasının qəddarlığı daha bariz görünür.

Filmdə Yahuda və qardaşı Messalanın arasındakı konfliktlərin fonunda İsa Məsihin də əhvalatı danışılır. İsa sadə bir Qüdslüdür və İsrail əhalisinin Roma zülmündən heç bir xilas yolu olmadığı məqamda ortaya çıxır, insanlara düşmənə nifrət yox sevgi bəsləməyi, mərhəmət və doğruluğu təbliğ edir. Ancaq sonda təlimi ciddi vüsət almış Məsihin varlığı Roma hakimi üçün təhlükəli görünür və o çarmıxa çəkilir.

Buna da bax: 'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'

Yaxın onilliklərdə İncil əhvalatları, İsanın həyatı, qədim Misir və qədim Roma tarixinin Hollywood tərəfindən ardıcıl filmə daşınması bu tip mövzulara tamaşaçı marağının get-gedə itməsinə gətirib çıxarı. Belə ki, 2010-cu ildə çəkilmiş “Fars şahzadəsi: Zamanın qumları”, 2014-cü ildə: “Axır: Tanrılar və Hökmdar” və onun ardınca “Nuh”, “Misir Tanrıları” filmləri uğursuzluğa düçar olub. Belə ki, 2016-cı il avqust ayının 9-da dünya üzrə tamaşaya çıxarılan “Ben-Hur” bir həftəyə cəmisi 11,4 milyon dollar gəlir gətirib və göstərildiyi dövr ərzində onun dünya üzrə reytinqi cəmi 5 pillə yüksəlib. Bir aya yaxındır göstərilən filmin ümumi gəliri 65 milyon dolları keçməyib.

"Ben-Hur" filində türk aktyoru Haluk Bilginer və iranlı aktrisa Nazanin Boniadi.

"Ben-Hur" filində türk aktyoru Haluk Bilginer və iranlı aktrisa Nazanin Boniadi.

“Ben-Hur”u maraqlı edən tərəflərindən biri orda rol alan aktyorların çoxunun tamamilə yeni simalar olmasıdır. Xüsusilə Yahuda rolunu yonayan Jack Huston həm yeni simadır, həm də öz roluna olduqca uyğundur. Tipik yəhudi üz qurluşu olan Massela rolunun ifaçısı Toby Kebbel də öz roluna olduqca yaraşır. Daha maraqlı bir haşiyə isə filmdə türk aktyoru Haluk Bilginer-in də filmdə rol almasıdır. Düzdür Simonidas rolunu canlandıran Bilginer filmin cəmi 4 səhnəsində oynayır və cəmi bir cümlə səsləndirir. Amma bir türk aktyorunu Hollywood filmində görmək olduqca maraqlıdır.

​"​Ben-Hur" filminin treyleri.

Müəllif: Namiq Hüseynli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG