Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:24

Oktyabrın 2-də Roma Papası Francis-in Azərbaycana səfəri gözlənir.
O, Bakıya Tbilisidən gəlməlidir. Roma Papasının Tbilisidə sentyabrın 30-da olacağı bildirilir.

«Turan» İnformasiya Agentliyi bu barədə Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir.

Proqrama görə, oktyabrın 2-də Papa Müqəddəs Məryəm Kilsəsində messa keçirəcək.

Sonra pontifik Azərbaycan prezidenti, müsəlman, pravoslav və yəhudi icmalarının liderləri ilə görüşməlidir.

Bundan öncə Papa bildirmişdi ki, bu torpaqlarda qədim xristian köklərinin mövcudluğuna və dünyada sülh axtarışının təşviqinə görə həmin ölkələrə səfər dəvətini qəbul edib.

Papa Gürcüstanda iki sutkadan çox, Azərbaycanda isə bir sutkadan az qalmalıdır.

Roma Papası Francis «erməni soyqırımı» iddialarını tanıyıb. O, Ermənistanda səfərdə olarkən bu ifadəni işlədib. Bu, Türkiyənin kəskin tənqidinə səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG