Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:18

Karapetian Ermənistanın baş naziri oldu


Karen Karapetian
Karen Karapetian

Rusiyanın qaz nəhəngi «Gazprom»da rəhbər vəzifədə olmuş Karen Karapetian Ermənistanın yeni baş naziridir. Ermənistan prezidentinin mətbuat xidməti sentyabrın 13-də bildirib ki, prezident Serzh Sarkisian Karapetian-ın həmin vəzifəyə təyin olunmasına dair sərəncam imzalayıb.

53 yaşlı Karapetian 2010-2011-ci illərdə Yerevanın meri olub. Həmin vəzifədən gedəndən sonra Moskvaya köçüb və «Gazprombank»ın birinci vitse-prezidenti təyin olunub. O, daha sonra Rusiyanın «Gazprom» şirkətinin «Mezhregiongaz» bölməsinin sədr müavini kimi çalışıb. 2015-ci ildə isə «Gazprom»un digər filialının – «Gazprom Energoholding»in baş direktor müavini postuna keçib.

Keçmiş baş nazir Hovik Abrahamian sentyabrın 8-də istefa verib, səbəb kimi onun başçılıq etdiyi hökumətin ölkənin üzləşdiyi problemləri çözə bilməməsi göstərilib.

«Gazprom» Ermənistanın qaz və elektrik təchizatı və paylaşdırma şəbəkələrinin sahibidir, bu iş qaz idxalı şirkəti olan «Gazprom Armenia» vasitəsilə həyata keçirilir.

XS
SM
MD
LG