Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:39

Rusiyanın cənubunda hərbi təlimlər bitib


Su-35
Su-35

Rusiyanın Cənub hərbi dairəsinin hərbçiləri daimi dislokasiya məntəqələrinə qayıdırlar. Bu qüvvələr «Qafqaz-206» irimiqyaslı hərbi-qərargah təlimlərində iştirak edirlər.

Rusiyanın kubantv.ru saytının yazdığına görə, operativ-taktiki və ordu aviasiyasına məxsus təyyarə və vertolyotlar daimi baza aerodromları üzərində uçuşlar edirlər. Qara dəniz və Xəzər donanmalarının döyüş gəmiləri, kater və təchizat gəmiləri bazalarına qayıdırlar.

Piyadalar hərbi aerodromlara yollanır. Buradan əsgərləri təyyarəylə bazalara yola salacaqlar.

Sentyabrın 5-dək 10-dək keçirilən «Qafqaz-2016» təlimlərində 12 min 500-dək hərbçi, 60 təyyarə və vertolyot, 400-dək hərbi texnika, o cümlədən 90 tank, 15-dən artıq döyüş gəmisi iştirak edib. Bu barədə Cənub hərbi dairəsinin mətbuat xidməti bilgi verib.

XS
SM
MD
LG