Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

Sentyabrın 13-də Suriyada döyüşlərin dayandırılmasının tam bir günü tamam olub.

Rusiya və Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə olunan bu razılaşmanı ABŞ Dövlət katibi John Kerry «vahid Suriyanı xilas etməyə sonuncu fürsət» adlandırıb.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı sentyabrın 12-də axşam bildirib ki, atəşkəs qüvvəyə minəndən sonra, demək olar, bütün cəbhələrdə sakitlik hökm sürüb.

Kerry Vaşinqtonda jurnalistlərə deyib ki, «nəticə çıxarmağa hələ çox tezdir», amma onu da qeyd edib ki, atəşkəs qüvvəyə minəndən iki saat sonra aldığı məlumatlarda zorakılığın nisbətən azaldığı bildirilir.

Hama vilayəti və Dəməşqdə hökumət və üsyançı qüvvələrin ara-sıra atışdığı söylənir.

Atəşkəsə bir həftə əməl olunsa, ABŞ və Rusiya «Cəbhat Fateh əl-Şam» və «İslam Dövləti» (İŞİD) qruplaşmasına zərbələr endirməkdən ötrü birlikdə işləməyə başlayacaqlar. «Əl-Qaidə»yə bağlı «Cəbhat Fateh əl-Şam» daha öncə «Cəbhat ən-Nusra» kimi tanınırdı.

Amma atəşkəs ekstremist qruplara aid deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG